vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TÜRK DÜNYASI  
18:43 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 2203 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstanda daha bir soydaşımız vəzifə aldı

Zaur Darğallı nazirin nümayəndəsi olub

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanda daha bir azərbaycanlı vəzifəyə təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gənc soydaşımız Zaur Darğallı Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin Kvemo-Kartli bölgəsində nümayəndəsi təyin olunub.

Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynalxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z. Darğallı paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Reqional İnkişaf Aqentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.
Zaur Darğallı APA-ya açıqlamasında Kvemo-Kartli bölgəsində dövlət nazirinin nümayəndəsi kimi çalışacağını və soydaşlarımızın, eyni zamanda digər milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası ilə bağlı bir sıra layihələrin həyata keçirilməsinə çalışacağını bildirib.
«2014-cü il yanvarın 1-dən keçmiş Reinteqrasiya Nazirliyinin adı dəyişdirilərək Barışıq və Vətəndaş Nazirliyi olub. İndi nazirlik öz istiqamətini münaqişə və bərabərlik məsələlərinin müzakirəsinə və həllinə yönəldib. Bu yaxınlarda nazirliyin təşəbbüsü və dəstəyi ilə yeni «Vətəndaş İnteqrasiyası Konsepsiyası» hazırlanacaq və biz bu sənəddən irəli gələn vəzifələri yerinə yetirəcəyik», - deyə o vurğulayıb.