vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:47 | 4 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 1566 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məmmədyarov Obamanın xüsusi köməkçisi ilə görüşüb

ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə edilib

ansperss

MÖVZU İLƏ ƏLAQƏLİ

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa Məsələləri üzrə direktor Karen Donfrid ilə görüşüb. XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, həmçinin BMT və NATO kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarında əks olunduğunu bildirib.
Karen Donfrid ABŞ administrasiyasının münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bildirib və bunun regionun inkişafı baxımından önəmli olacağını qeyd edib. Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolunu qeyd edərək, bu sahədə də uğurlu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.