vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
18:17 | 23 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2931 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Barsa» başsız qaldı

Rosell Neymarın transferindəki saxtakarlığa görə istefa etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya futbolunun günlərdi reallaşmasını gözlədiyi istefa nəhayət ki, gerçək olub. Futbolinfo.az xəbər verir ki, «Barselona»nın prezidenti Sandro Rosell Neymarın transferindəki saxtakarlıq iddialarından sonra postunu tərk edib.

Mövsümün əvvəlində 57 milyon avroya Braziliya «Santos»undan alınan gənc futbolçunun transferinin əslində 97 milyon avroya reallaşdığı və aradakı 40 milyonun Rosell tərəfindən mənimsənildiyi iddiaları günlərdi bütün İspaniyanı silkələməkdə idi. Hər fürsətdə transferin 57 milyon avroya reallaşdığını söyləyən Sandro bu xəbərlər qarşısında daha çox müqavimət göstərə bilməyib və istefa verib. Onun Bakı vaxtı ilə gecə saatlarında istefasını mətbuat konfransı ilə rəsmən açıqlayacağı gözlənilir.