vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BANK, BİRJA, SIĞORTA  
10:59 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 2483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tufandan öncəki sakitlik»

Dünya valyuta birjasında günə baxış

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gündən başlayaraq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcək, önəmli statistik məlumatların açıqlanması gözlənilir.

Maliyyə bazarlarında dalğalanma cari həftənin başlaması ilə zəifləyib, lakin bu gələcək günlər ərzində açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi sakitlikdir.

Belə ki, təkcə çərşənbə gününə kimi bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın istehlak dövriyyəsi, çərşənbə günü saat 11:00-da Türkiyənin xarici ticarət dövriyyəsi, 14:00-da Avrozonadan inflyasiya və saat 17:30-da ABŞ-ın iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaq.

Hal-hazırda dünya valyuta birjalarında avronun qiyməti 1.23 dollar, funt sterlinqin qiyməti 1.39 dollar və dollar/lirə məzənnəsi isə 3.78TL-a ticarət edilir və açıqlanacaq fundamental göstəricilər fonunda ticarət aktivliyinin artması gözlənilir.