vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
13:34 | 3 fevral 2022 | Cümə axşamı Məqaləyə 745 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

10 investisiya layihəsi hazırdır

Azad olunmuş ərazilərdə fəaliyyət üçün 1000 sahibkar müraciət edib

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarların sayı 1 000-nə çatıb ki, onların 300-dən çoxu xarici ölkələrdən daxil olan müraciətlərdir.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, xarici ölkələrdən daxil olan müraciətlərin 60-dan çoxu Macarıstandan gələn müraciətlərdir.

“Bura həm investisiya, həm də podratçı layihələri daxildir. Hazırda artıq real olaraq işğaldan azad olunan ərazilər üçün 10 investisiya layihəsi hazırlanıb. Keramika istehsalı, tütün istehsalı, şərab istehsalı kimi layihələr təqdim olunub. Bu layihələri biz kataloq formasında həmkarlarımıza təqdim edirik”,- deyə Y. Abdullayev qeyd edib. (APA)