vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
09:11 | 14 iyul 2022 | Cümə axşamı Məqaləyə 619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejiminin mitinq təlaşı

16 iyul ərəfəsində milli fəallara təzyiqlər başladı

TİMUR

Urmiya gölünün quruması ilə yaranacaq ekoloji fəlakətə diqqət çəkmək və hökumətin laqeyd münasibətinə etiraz olaraq iyulun 16-da Güney Azərbaycanda aksiyalar keçiriləcək. Hakimiyyət orqanları aksiyanın təşkilatçılarına və milli fəallara qarşı təzyiqləri gücləndirib.

Milli fəalların verdiyi məlumata görə, iyulun 12-dən başlayaraq milli-mədəni fəallar İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbriz bölməsinə çağırılır. 

Nazirlikdə milli fəallardan tələb edilir ki, 16 iyulda keçiriləcək aksiyalara qatılmasınlar. 

Sənətçi, jurnalist və sosial media fəalları Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin bölmələrindən biri olan “Mənəvi Təhlükəsizlik İdarəsi”nə də çağırılırlar.

İdarədə onlardan Urmiya gölü və keçiriləcək aksiya ilə bağlı məlumat paylaşmamaları istənilib və bununla bağlı onlardan yazılı öhdəlik alınıb.