ABŞ-ın “düşmən güclər”i
Ağ Evin yeni strategiyasında iki hədəf var
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
Ağ Evin yeni milli təhlükəsizlik strategiyası ABŞ-ın iki əsas hədəfini göstərib: Rusiya və Çin. 48 səhifəlik sənəd Amerika administrasiyası üçün “yol xəritəsi” mahiyyəti daşıyır. Bu sənəddə Rusiya imperiya ambisiyaları olan ölkə kimi, Çin sürətlə imkanlarını artıran dövlət kimi dəyərləndirilib.
Sənədin mahiyyəti belədir ki, Amerika Birləşmiş Ştatları qlobal maraqları olan dünya dövləti kimi qiymətləndirilib: “Əgər hansısa bölgə xaosa sürüklənərsə və düşmən güclərin nəzarətinə keçərsə bu ABŞ-ın maraqlarına mənfi təsir edəcək”. “Düşmən güclər” dedikdə Rusiya və Çin nəzərdə tutulub. Rusiya və Çin demokratikləşə bilmədiklərinə və qonşu dövlətlərə təhlükə yaratdıqlarına görə ABŞ bu iki dövlətlə mübarizəsini davam etdirəcək. Maraqlıdır ki, sənəddə Rusiya 71 dəfə, Çin isə 55 dəfə xatırlanır. Sənəddə bir çox hallarda bu iki dövlətin ismi birgə yazılıb. Sənəddə Rusiyanın azad dünyaya ciddi təhdid yaratdığı, Çinin isə uzaq perspektivə problemlər yaradacağı vurğulanıb: “Çin iqtisadi, hərbi və texnoloji gücü hesabına dünya düzənini dəyişə biləcəyindən əsas rəqibdir”. Sənəddə Rusiyanın dayandırılması, Çinlə isə rəqabətdə məğlub edilməsin vacibliyi göstərilib.
ABŞ Rusiya və Çinlə mübarizədə Avropa İttifaqı ilə NATO-nu da yanında görmək istəyir. Ancaq bu hər zaman alınmır. Avropa ölkələrindən Çinin yatırımlarına ehtiyac olan dövlətlər var, NATO üzvləri Türkiyə və Macarıstan isə Rusiya ilə əməkdaşlıqdan imtina etmirlər.
Milli təhlükəsizlik strategiyasında ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyi bildirilib: “Ukrayna iqtisadiyyatının bərpasına və Avropa İttifaqı ilə inteqrasiyasına dəstək verəcəyik”. Aydındır ki, yeni strategiyaya görə ABŞ Rusiyanın Ukraynada məğlub olmasına çalışacaq.
Beləliklə, Vaşinqton Rusiya və Çinin müxtəlif bölgələrdə maraqları ilə mübarizəsini davam etdirəcək. Vaşinqtonun Cənubi Qafqazda da fəallığı artıb. Vaşinqton Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını azaltmağa çalışır. ABŞ bu məqsədlə Cənubi Qafqazın 3 dövlət – Gürcüstan, Azərbaycan və Ermənistanla əlaqələrini genişləndirməyə çalışır. Bu 3 dövlətdən Ermənistan daha çox Rusiyadan asılıdır. Vaşinqton bu vəziyyəti dəyişmək üçün Ermənistan hökuməti ilə dialoqu genişləndirib. Vaşinqtonun məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqdır.