vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REPORTYOR  
15:12 | 31 mart 2014 | Bazar ertəsi Məqaləyə 4117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda 7 vaqonlu metrostansiya

Burada şüşə sədd və lift də olacaq (FOTOLAR)

Hafiz YUSİFOV, Vasif HÜMBƏTOV

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya
  • Bakıda 7 vaqonlu metrostansiya

Bakının Beynəlxalq Avtovağzal Kompleksi ərazisində salınan yeni metro stansiyasında işlər yekunlaşmaq üzrədir. «PressForum.az» saytının əməkdaşları bu stansiyada olublar.

«Avtovağzal» stansiyasının girişi şüşədən, piramida şəklindədir. 7 çıxışı var. 2-si avtovağzal ərazisinə çıxacaq.

Platforması sütunsuz, həm də indiyədək istifadəyə verilmiş bütün stansiyaların platformasından uzundur - 145 metr. Bu platformada 7 vaqonlu qatarlar hərəkət edəcək.

Platformada sərnişinlərlə qatarların arasında şüşə sədd qurulacaq. Sərnişinlər qatara şüşə səddin qapılarından minib-düşəcək. Bu sədd sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulub.

Yeni stansiyada havalandırma sistemi ilə yanaşı kondisioner sisteminin də olması nəzərdə tutulub.

Fiziki imkanları məhdud olan insanlar üçün burada trovalatorlar quraşdırılıb, bir ədəd liftin isə yaxın günlərdə quraşdırılması gözlənilir. Sayı 20-yə yaxın olan eskalatorlardan istifadə edə bilməyəcək insanlar metroya liftlə düşüb-çıxacaqlar. Stansiyanın həyətindən və platformadan liftə giriş-çıxış olacaq. Yəni stansiyanın həyətindən liftlə birbaşa platformaya düşmək, platformadan liftlə birbaşa stansiyadan çıxmaq mümkün olacaq.

Stansiyada sərnişinləri informasiya ilə təmin edəcək monitorlar qurulacaq. Sərnişinlərə gündəlik xəbərləri çatdıracaq elektron tabloların quraşdırılacağı da gözlənir.

Yeni stansiyanın istifadəyə verilməsi paytaxtdan bölgələrə və ya ölkədən xaricə gedib-gələn adamların nəqliyyat işini asanlaşdırmaqla yanaşı, bəzi şəhərdaxili avtobusların işini qəlizləşdirəcək. Bir çox sürücü ehtimal edir ki, 16 nömrəli avtobus bu marşrutdan tam çıxarılacaq, 82 nömrəli avtobuslarda isə sərnişinlərin sayı yarıbayarı azalacaq.

«Avtovağzal»ın açılışının bu ilin may ayında olacağı haqda xəbərlərin isə nə dərəcədə dəqiq olduğu hələ bilinmir.