vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ŞOU BİZNES  
12:07 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1660 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O, da bizim kimi düşünür»

Erməni ilə «selfie» çəkdirən müğənni danışdı

Məlum olduğu kimi «Yeni Ulduz 10» mahnı müsabiqəsinin iştirakçılarından olan Səbinə Rəhimovanın erməni tələbə Levon Harutyunyanla çəkdirdiyi «selfie» böyük səs-küyə səbəb olub. AzNews.az məsələ ilə bağlı müğənnin münasibətini öyrənə bilib.


O, bildirib ki, Ermənistan dövlətinin Dağlıq Qarabağda törətdiyi vəhşiliklərdən xəbərdardır və həmin hadisələrə törədənlərə nifrət edir: «Levon Harutunyan Norveçə yay məktəbinə gəlmişdi. O çox yaxşı insandır. Biz onunla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da söhbət etdik. O da bu məsələ ilə bağlı bizim kimi düşünür... İstəyir ki, müharibə şəraiti bitsin, ədalət yerini tapsın. Mən bütün ermənilərə nifrət edə bilmərəm, mən Ermənistan hakimiyyətinə nifrət edirəm. Norveçdə minlərlə erməni yaşayır və onların heç birinin Qarabağda törədilən vəhşiliklərdə, torpaqlarımızın işğal edilməsində günahları yoxdur. Biz bütün millətə nifrət etməklə nə qazanacağıq ki? Biz bu qətliamları törədən, torpaqlarımızı zəbt Ermənistan hakimiyyətinə nifrətimizi bəyan edirik... Qoy bu məsələdə ədalət hissi, insanlığı olan ermənilər də bizə dəstək olsun. Çünki işğalçı və qaniçən bir dövlətin vətəndaşı olmaq heç kimə başucalığı gətirmir. Xüsusən də Avropada».

Qeyd edək ki, S.Rəhimova gürcü qızı və erməni Levon Harutyunyan ilə çəkdirdiyi fotonun altında «Bütün qafqazlılar birlikdə» şərhini yazıb. Norveçin paytaxtı Oslo şəhərində təhsil alan Rəhimova bu ölkənin vətəndaşı ilə nişanlıdır.