vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QALMAQAL  
16:56 | 2 iyul 2014 | Çərşənbə Məqaləyə 3669 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Elçibəy Azərbaycan üçün nə edib ki?»

Millət vəkili: «Onun tərcümeyi-halında da iki fakt öz əksini tapıb»

Gültəkin ƏLƏSGƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyasını dəyişmiş mərhum dövlət rəhbərlərinin xatirəsinin əbədiləşdirilməsi həmişə mübahisəli olub. Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra da bu mövzu ətrafında fərqli fikir söylənir. Belə ki, sözügedən qanun müstəqillik illərini əhatə edir, sovet dövrünün dövlət xadimləri bu güzəştlərdən kənarda qalıb. Hətta hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilini dövlət dili elan edən Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin eks-birinci katibi İmam Mustafayevin belə, xatirəsini əbədiləşdirən nəsnə yoxdur.


Çingiz QənizadəDeputat c Modern.az saytına bildirib ki, siyasi həyatda mühüm rolu olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi üçün addımların atılması məqsədəuyğundur. Belə bir məsələnin qanunla tənzimlənmədiyini deyən Ç.Qənizadənin sözlərinə görə, bu, icra orqanlarının işidir və Prezident tez-tez belə sərəncamlar verir.

«Dövlət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, yubileylərin keçirilməsi ilə bağlı sərəncamlar verilir. Hesab edirəm ki Azərbaycanda heç kim unudulmayıb. Müəyyən küçə və prospektlərə, hansısa yerlərə, məsələn, metrostansiyalara, parklara dünyasını dəyişmiş Azərbaycan dövlət rəhbərlərinin adları verilə bilər. İndiki hakimiyyət dövründə eks-prezidentlər haqqında qanun qəbul olundu və məhz eks-prezidentlərə olan münasibət göstərdi ki, biz tarixi danmaq istəmirik. Onlar pis, yaxşı Azərbaycan tarixində olublar. Ola bilər ki, fəaliyyəti kimlərisə qane edib, kimlərisə yox. Amma tarixi reallığı qəbul etməliyik. Təbii ki, onların xatirəsinin əbədiləşdirilməsi üçün addımların atılması məqsədəuyğundur. Hesab edirəm ki, zaman-zaman bu addımlar atılır. Yaddan çıxanlar varsa təbii ki, ictimai rəy hazırlanır, mətbuatda bununla bağlı yazılar verilir, yada salınır. Bir sözlə, burada hər hansı qısqanclıq və yaxud qeyri-maraq ola bilməz. Dövlət bu cür insanların statusunu rəsmiləşdirməkdə maraqlı oldusa, bu adların verilməsində də maraqlı ola bilər və olacaq».

Həmkarından fərqli olaraq Fəzail Ağamalı dövlət xadimlərinin adlarının əbədiləşdirilməsinin qanunvericilikdə tutarlı şəkildə öz əksini tapmalı olduğunu deyir. Onun sözlərinə görə, əgər qanunvericilikdə belə bir şey yoxdursa, o zaman məsələni gerçəkləşdirmək mümkün deyil.

Fəzail Ağamalı«Eks-prezidentlər haqqında qanunda bunun nə dərəcədə öz əksini tapdığı mənə məlum deyil. Amma onu deyim ki, sovet dövründə elə bir rəhbər olmayıb ki, onun xatirəsi əbədiləşdirilsin. Ulu öndərin siyasəti, iradəsi, potensialı nəticəsində Azərbaycanda ciddi işlər görüldü. Lakin onun da fəaliyyəti Moskva tərəfindən məhdudlaşdırılırdı. İmkan verilmirdi ki, o, Azərbaycan dövlətinə istədiyi kimi rəhbərlik etsin. O sistemin qurduğu siyasətin nəticəsi idi ki, Azərbaycanın rəhbərləri tam müstəqil deyildilər. Müstəqil olmadıqları üçün də müstəqil dövlətin müstəqil rəhbərləri deyildilər. Bu baxımdan belə bir məsələnin gündəmə gətirilməsinin tərəfdarı deyiləm».

Belə bir məsələnin gündəmə gətirilməsini naftalin iyi verən retro adlandıran F.Ağamalı həmin şəxslərin Azərbaycan dövlətçiliyində heç bir xidmətlərinin olmadığını söyləyib.

«Onların nə xidmətləri olub? İmam Mustafayev və ya Əbülfəz Elçibəy nə edib? Elçibəy prezident oldu, müəyyən islahatlar keçirməyə cəhd etdi, müəyyən addımlar atdı. Onun tərcümeyi-halında da iki fakt öz əksini tapıb, biri rus ordusunun Azərbaycandan çıxarılması, digəri təhsil sistemində test üsulunun tətbiqi. Prezidentliyi dövründə göstərdiyi özəl bir xidmət yoxdur».