vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
01:06 | 4 iyul 2014 | Cümə Məqaləyə 2995 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rodrigesin seçimi

Kolumbiyalı Braziliyada başlatdığı fırtınanı İspaniyaya daşımaq istəyir

MÜŞFİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya çempionatı Cənubi Amerikada keçirilməsinə baxmayaraq, Avropa klubları arasında futbolçu davası qızışıb. Bu davada mundialda ulduzu parlayan Kolumbiya millisinin gənc istedadı Ceyms Rodrigesin də (James Rodriguez) adı çəkilir.


Varlı Avropa nəhənglərinin transfer gündəmini məşğul etməyi bacaran istedadın keçidində İspaniyanın kral klubu «Real» (Madrid) digərlərinə baxanda daha şanslı görünür. Vaxt.az-ın xarici mətbuatdan əldə etdiyi məlumata görə, madridlilər yarımmüdafiəçiyə görə heç kəsin ürək etmədiyi fantastik bir rəqəm ortaya qoyub. Fransızların bir «hə» kəlməsinə ispanlar 80 milyon avro (100 milyon dollardan artıq) ödəməyə hazırdılar.

Xatırladaq ki, ulduz futbolçu ötən mövsüm «Monaco»ya bu qiymətin demək olar ki, tən yarısına başa gəlmişdi. Marsellilər kolumbiyanın 10 nömrəsi üçün Portuqaliya klubuna (Porto) 45 milyon avro ödəmişdi. «Monaco»da zəngin bir mövsüm keçirən Rodrigesin Braziliyada da debüt edəcəyi gözlənilən idi. Kolumbiya forması ilə DÇ-2014-də 5 qol 2 qol ötürməsi ilə adı mundialın ulduzları arasında çəkilən 22 yaslı futbolçu böyük ehtimalla növbəti ildən karyerasının pik nöqtəsinə adlamış olacaq. Dünya çempionatının bitməsinə günlər qalmasına baxmayaraq kolumbiyalı göstərdiyi baxımlı futbolla uzun müddət futbol fanatlarının yaddaşlarından silinməyəcəyini təsdiqləyib.

Braziliya mundialı bitməzdən bir gün qabaq – iyulun 12-də Rodrigesin 23 yaşı tamam olacaq.