vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
01:33 | 4 iyul 2014 | Cümə Məqaləyə 2703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Davam edir mundial...

Daha qızğın, daha real ...

Müşfiq HABİLOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya çempionatında (DÇ) 1/4 final həyəcanı – Fransa - Almaniya və Braziliya - Kolumbiya oyunları ilə başlayır. Bu mərhələdə mübarizə edən 8 komanda Avropa və Amerika qitələri arasında tən yarı bölünür. Yəni 4 Avropa dövləti və 4 Amerika ölkəsi.


Dörddə bir final mərhələsinin oyunları 4-5 iyul tarixlərin baş tutacaq. Xüsusilə qeyd etmək lazımdır ki, ayin 4-də keçirilən oyunlar qitələr daxili mübarizə olacaqsa (hər qitənin təmsilçiləri öz aralarında güclünü müəyyən edəcək), sabahısı gün baş tutacaq oyunlar artıq qitələrarası (Avropa – Amerika) «savaş»a bənzəyəcək. Burada onu da qeyd etmək yerinə düşər ki, indiyə qədər Amerika qitəsində keçirilən heç bir mundialda Avropa millilərindən qalib gələni olmayıb.

İyulun 4-də Fransa və Almaniya milliləri arasında keçiriləcək 1/4 finalın ilk qarşılaşması Rio De Janeyro səhərinin 79 min nəfərə yaxın tutumu olan, tarixi Marakana stadionunda Bakı vaxtı ilə 21;00-da başlayacaq.


Almaniya:

DÇ kubokunu daha öncə 3 dəfə başı üzərinə qaldıran Almaniya millisi «G» qrupunda mundialın digər favoriti Portuqaliyanı 4-0 kimi böyük bir hesabla yenməklə diqqətləri üzərinə çəkməyi bacardı. Almanlar Qana ilə 2-2 bərabərlikdən sonra son oyununda Amerika səddini də 1-0 hesabı ilə aşıb qrupu 7 xalla  lider olaraq tamamladı. Növbəti turda Əlcəzairlə qarşılaşan avropalılar uzatmalarda gələn 2-1 nəticəsi ilə Afrika klubunu yarışdan kənarlaşdırdılar.

 

Fransa:

«E» qurupunda Hondurası (3-0) və İsveçrəni 5-2 kimi böyük hesabla yenən fransızlar son oyunda Ekvadorla qolsuz bərabərə qalmaqla bu turdakı rəqibləri kimi 7 xalla qrup lideri oldular. 1/8 finalda Nigeriya millisini 2-0 nəticə ilə yenərək adini növbəti mərhələyə adlayaraq 1998-ci ildə qazandıqları kubokun təsadüf olmadığını və bu uğuru təkrarlamaq əzmində olduqlarını sübut etmək istəyirlər.

Qeyd: Maraqlı bir faktdır ki, qarşılaşan komandaların hər ikisi bundan əvvəlki turda Afrika milliləri ilə qarşılaşmış və hər iki qitələrarası «dava»nı avropalılar qazanmışdı.

 

Günün 2-ci qarşılaşmasında 5 qat dünya çempionu, mundiala ev sahibliyi edən braziliyalılarla mərhələnin sürpriz yığması kolumbiyalılarla qarşılaşacaq. Bakı vaxtı ilə (5.7.2014) gecə saat 1-də bütün dünyanın gözü Fortaleza şəhərinin Castelao stadionuna zillənəcək.

 

Braziliya:

Mundiala «A» qrupunda başlayan Braziliya həm DÇ-2014-ün açılış və həm də qrupun ilk oyununda Xorvatiya kimi çətin rəqibi 3-1-lik (oyundakı hər 4 qolu «sambaçı»lar vursa da, hakimin yanlış penalti qərarı ilə önə keçdilər) böyük hesabla yendi. Meksika ilə qolsuz bərabərlikdən sonra, Kamerunu 4-1 hesabıyla məğlub edərək qrupu 7 xalla lider bitirdi. Braziliya millisi ikinci turda Cilli kollektivini çətinliklə də olsa yenə bildi (hakim braziliyanın hücumçusu Halkın təmiz qolunu saymadı). 120 dəqiqəsi 1-1 bitən oyunda qalib olmayınca qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri seriyası keçirildi və yerlilər qonaqları məğlub etməyi bacardılar.

 

Kolumbiya:

Mərhələnin sürpriz komandası hesab olunsa da, Kolumbiya millisi yuxarıda adları çəkilən və çempionatın favoritləri hesab edilən yığmalardan daha yüksək nəticə göstəriblər. Belə ki, Almaniya, Fransa və Braziliya milliləri qruplarını 7 xalla bitirdikləri halda kolumbiyalılar maksimum xal topladılar. Yəni «C» qrupundakı digər komandaların hər 3-nə (Yunanistan 3-0, Fildisi Sahili 2-1 və Yaponiya 4-1) qalib gələn Cənubi Amerikalılar 9 xal toplayaraq növbəti mərhələyə lider kimi çıxdılar. Digər tərəfdən, əvvəlki 3 komanda növbəti mərhələdə də indiyə qədər ki mundiallarda heç bir nəticələri olmayan yığmaları (Fransa xaric) uzatma dəqiqələrində və penaltilərdə yensələr də, kolumbiyalılar dünya yığmaları sıralamasında 9-cu (hazırda 12-ci) yerdə qərarlaşan, iki qat dünya çempionu (1930, 1950), 2010-cu il mundialının bürünc mükafatçısı (4-cü yer) olan Uruqvay millisini əsas vaxtda 2-0 hesabı ilə yenərək adını dünyanın ən güclü 8 komandasının sırasına yazdırdı. Dünya Kuboku tarixində ən yüksək göstəricilərinə imza atmaqla Kolumbiya millisi gənc ulduzu Ceyms Rodrigesin (James Rodriguez) istedadı sayəsində mütəxəssisləri təəccübləndirən və bukmeykerləri isə müflis edən futbol şousu göstərməkdə və tarix yazmaqda davam edir.

Qeyd: Yenə maraqlı faktdır ki, qarşılaşan komandaların hər ikisi bundan əvvəlki turda öz qitələrindən olan millilərlə qarşılaşmadan qalib ayrılmışdılar.