vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜBAHİSƏ  
17:33 | 5 iyul 2014 | Şənbə Məqaləyə 2874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ATƏT adına uyğun fəaliyyət göstərmir»

Aydın Mirzəzadə: «Bakıda aparılan müzakirələrə görə Azərbaycandan inciməyə əsas yoxdur»

Şəfa TAPDIQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda keçirilən ATƏT PA-nın 23-cü sessiyası bir çox diqqət çəkən məqamları ilə yadda qaldı. İlk olaraq qeyd edək ki, belə mötəbər toplantının paytaxtımızda keçirilməsi ölkəmiz üçün müsbət məqam hesab olunur. Çünki sessiya zamanı Azərbaycan nümayəndə heyəti ölkəmizi narahat edən məsələləri qaldırdı. Təmsilçilər Dağlıq Qarabağ münaqişəsinin hələ də ədalətli həllini tapmamasına etiraz etdilər və bu məsələyə də digər işğal faktları kimi yanaşılmasını istədilər. Bundan əlavə, ölkəmiz haqda səsləndirilən bəzi ittihamlara da aydınlıq gətirildi. Lakin sessiya haqda başqa fikirlər səsləndirənlər də var. Bir qrup şəxs düşünür ki, Azərbaycanda Rusiya əleyhinə ifadələr səsləndirilməsi, Bakı bəyannaməsinin qəbulu şimal qonşularımızı bizdən incik sala bilər. Bu və digər məqamlarla bağlı «Kaspi»nin suallarını millət vəkili Aydın Mirzəzadə cavablandırır.


- Azərbaycanda baş tutan beynəlxalq əhəmiyyətli tədbirləri yada salsaq, bunu ölkəmizin genişlənən imkanlarının göstəricisi saymaq olarmı?

- Ölkəmizdə keçirilən əhəmiyyətli beynəlxalq tədbirlərin sayı gündən-günə artmaqdadır. Bunu təkcə say etibarı ilə qeyd etmək doğru olmaz. Burada söhbət ölkəmizin tədbirləri layiqincə təşkil edib başa vurmaq bacarığından gedir. Yaxşı ki, belə məqamlar heç kimin gözündən yayınmır. Yəni, Azərbaycanın digər ölkələrin diqqətini cəlb etməsi təsadüfi deyil. Bizim ölkəmizdə dəfələrlə dünyanın nüfuzlu mətbuatının marağına səbəb olan tədbirlər keçirilib. Bu ondan irəli gəlir ki, Azərbaycan artıq kifayət qədər nüfuzlu ölkələrdən biridir və vacib əhəmiyyətli məsələlərin öhdəsindən gəlməyi bacarır. Azərbaycan regionun siyasi, iqtisadi, diplomatik mərkəzlərindən birinə çevrilib. Bütün bunlar ölkəmizə asan başa gəlməyib. Ulu öndər Heydər Əliyevin başlatdığı siyasət hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Azərbaycanın, Bakının dünyada tanınması, ölkəmizin nüfuzunun daha da artması üçün əlindən gələni edir. Ona görə də düşünürəm ki, burada baş tutan beynəlxalq tədbirlər, iclaslar xarici vətəndaşların ölkəmizlə daha da yaxından tanış olması üçün əvəzsiz rol oynayır. Buraya gələn hər bir şəxs Azərbaycanda gedən inkişafı, dəyişikliyi, tikintiləri öz gözləri ilə görür. Biz hər zaman uğurlu daxili və xarici siyasət yürütmüşük. Bu zaman əsas prioritet kimi beynəlxalq prinsipləri və hüquq normalarını götürmüşük. Azərbaycanın sivil dövlət quruculuğu yolunda atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılanır. Düşünürəm ki, ölkəmizin inkişafının və nüfuzunun artmasının nəticəsidir ki, bir çox beynəlxalq təşkilatlar tədbirlərini Bakıda keçirməkdə maraqlıdırlar. Bildiyiniz kimi, bu yaxınlarda ölkəmizdə ATƏT PA-nın 23-cü sessiyası baş tutdu. Bundan öncə, Bakıda AŞ PA-nın Daimi Komitəsinin toplantısı keçirilmişdi. Təbii ki, vacib məsələlər müzakirə olunmuş, ikitərəfli münasibətlərin inkişafına maraq olduğu qeyd olunmuşdu. Əlbəttə, siyahı bunlarla bitmir və daha neçə toplantı haqda danışmaq olar. Birgə tədbirlər ölkələr arasındakı yaxınlaşmanı göstərir. Demək olar ki, bütün dövlətlər Azərbaycanla əlaqələri genişləndirmək istəyirlər. Çünki Azərbaycan etibarlı tərəfdaşdır.

 

- Qeyd etdiyiniz kimi, bu yaxınlarda Bakıda ATƏT Pa-nın 23-ci sessiyası oldu. Oradakı müzakirələri necə təhlil edərdiniz?

- Əvvəlcə onu deyim ki, ATƏT-in başlıca vəzifəsi ona üzv olan ölkələrin təhlükəsizliyini və əməkdaşlığını təşkil etməkdir. Bu təşkilat yarandığı gündən bəri, vaxtaşırı bu istiqamətdə fəaliyyət planı qurur. Amma deməzdim ki, qarşısına qoyduğu bütün planların, vəzifələrin hamısını yerinə yetirir. Təəssüf ki, ATƏT-in bugünkü fəaliyyəti heç də tam olaraq adına uyğun deyil. Təbii ki, dövlətləri bir araya toplamaq, əməkdaşlıq üzrə yeni formatlar axtarmaq da müsbət təşəbbüs, təqdirəlayiq məsələdir. Azərbaycan deputatlarının Parlament Assambleyasında çox fəal şəkildə iştirak etdiklərini də vurğulamaq lazımdır. Bildiyiniz kimi, onlar müxtəlif təşəbbüslər irəli sürdülər, qoyulan məsələlərə münasibətlərini açıqladılar. Nümayəndə heyətimiz Azərbaycanda bu və ya digər sahədə aparılan işlər barədə də məlumat verdi. Onlar ölkəmiz haqda yanlış fikirlər söyləyənlərə əsaslı cavablar verdilər, məsələnin əslində necə olduğunu çatdırdılar. ATƏT PA-nın geniş müzakirələri zamanı Azərbaycan bir çox aktual məsələlərlə yanaşı, ən vacib problemimiz olan Dağlıq Qarabağ münaqişəsini qaldırdı, işğal altındakı torpaqlarımızın hələ də azad olunmadığını xatırlatdı. Bizim deputatlar çıxışlarında Ermənistanın işğalçı siyasəti haqda da tədbir görülməsinə çalışdılar. Bildirdilər ki, bütün işğal faktlarına eyni cür yanaşılmalıdır. Təbii ki, ermənilərin ən böyük arzusu odur ki, bu məsələyə fərdi münasibət sərgilənsin. Amma bu, yanaşmanın ən ədalətsiz formasıdır. Ona görə də Azərbaycanın haqq səsini bir daha ucaltması baxımından, sessiyanı ölkəmiz üçün uğurlu hesab etmək olar. Bundan başqa, sessiya zamanı bütün dünya üçün bəlaya çevrilən terrorla mübarizə haqda da danışıldı. Hamı ölkəmizin bu məsələdəki birmənalı mövqeyindən xəbərdardır. Azərbaycan hər zaman belə təşəbbüsləri dəstəkləyir, problemə əlindən gəldiyi qədər yardım edir.

 

- Sessiya zamanı Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi bir çoxlarına ümid işığı kimi görünüb. Siz necə, bunun digər ərazisi işğal olunan ölkələrə, Azərbaycana nəsə verə biləcəyinə inanırsınızmı?

- Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi doğru qərardır. Başqa cür ola da bilməzdi. Azərbaycan nümayəndə heyəti çox haqlı olaraq bu kontekstdə diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltdi və ATƏT-i də, digər beynəlxalq təşkilatları da işğalçı dövlət olan Ermənistana sanksiyalar tətbiq etməyə çağırdı. Təəssüf ki, Ukraynanın sərhədlərinin bərpası üçün göstərilən münasibət, verilən qərar Ermənistana tətbiq olunmadı. Bu gün bir ölkənin ərazi bütövlüyünə dəstək vermək, amma digər ölkənin analoji probleminə göz yummaq ikili standartlardan başqa bir şey deyil. Çox təəssüf edirəm ki, ATƏT Ermənistana münasibətdə prinsipiallıq göstərmir. Digər beynəlxalq təşkilatlar haqqında da eyni fikri söyləmək olar. Doğrudur, onlar bizim ərazi bütövlüyümüzü tanıyırlar, amma real addım atmaq zamanı belə bir şeyi müşahidə etmirik.

 

- Bəs Bakıda Rusiya əleyhinə aparılan müzakirələr, Bakı bəyannaməsinin qəbulu onları Azərbaycandan incik sala bilərmi? Çünki belə iddialar səsləndirənlər var.

- ABŞ senatorunun Rusiyanın Krımı ilhaqı ilə bağlı hazırladığı qətnamə layihəsinin qəbul edilməsindən şimal qonşumuzun aqressiv davrana biləcəyi ilə bağlı fikirlər olub. Amma mütləq şəkildə qeyd olunmalıdır ki, Azərbaycan bu tədbirə ev sahibliyi edirdi. Yəni, ATƏT PA-nın gündəliyini Azərbaycan tərtib etmir. Bu gündəliyi təşkilatın rəsmi strukturları müəyyənləşdirir. Təklifləri ayrı-ayrı ölkə nümayəndələri səsləndirir. Orada ümumi şəkildə Qərb düşüncəsi, iradəsi ortaya qoyulmuşdu. Hesab edirəm ki, Rusiya bunu çox yaxşı başa düşür. Azərbaycan məsələyə obyektiv baxmağın, paralellər aparmağın tərəfdarıdır. Unutmaq olmaz ki, Azərbaycan özü işğaldan əziyyət çəkən dövlətdir və bu təcavüz davam etdirilməkdədir. Ona görə də düşünürəm ki, kiminsə Azərbaycandan inciməyə qətiyyən haqqı yoxdur.