vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
09:56 | 6 iyul 2014 | Bazar Məqaləyə 2202 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Paytaxtlar kralı»

Eşli Kol «karyeramın qalan hissəsini romalılara bağışlayıram» deyəcəkmi?

Müşfiq HABİLOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən il İtaliyanın güclülər dəstəsi «Seria A»da ikinci yerdə bitirməklə Çempionlar Liqasında oynamaq hüququ qazanan «Roma» növbət mövsüm üçün heyətini daha da gücləndirmək qərarına gəlib. Klub rəhbərliyi transfer siyahısına bir çox adlı-sanlı oyunçuların adlarını daxil edib. Bu siyahıda isə kifayət qədər təcrübəli və mümkün qədər az məsrəfli futbolçular prioritetdirlər.


Bu səbəbdən də 8 ildir «Çelsi» əsas heyətindən və karyerası boyu İngiltərə «Premyer Liqa»sından kənara çıxmayan təcrübəli Eşli Kolun adı (Ashley Cole) transfer siyahısının təpəsində yazılıb. Uzun müddət İngiltərə yığmasında müdafiənin keçilməz səddi sayılan ulduz futbolçunun azad agent (bonservisinin əlində) olması italiyalılar üçün «istədiyim idi yar, yetirdi pərvərdigar» məsəlini xatırladır. Ötən mövsüm «Çelsi»nin heyətində ilk onbir problemi yaşayan «ağsaqqal» kramponun (butsı) dünyanın ulduzlarının xəyal etdiyi çempionat «Premyer Liqa»dan sonra digər sayılıb-seçilən «Seriya A»ya gəlməsi də 33 yaşlı müdafiəçi italiyalılardan az sevindirmir. Xəbər futbolçu ilə iki ilik bağlanacaq müqavilənin detalları haqda bir kəlmə də olsun yazılmayıb.

Xatırlatma olaraq edək ki, 1.76 boy, 67 kq. çəkidə olan sol kənar müdafiəçi 1980-ci ildə Londonun Stepney məhəlləsində dünyaya gəlib. Futbol karyerasına da elə london klubu Arsenalın gənclərdən ibarət heyətində (1997-1998) başlayıb. Bir il əsas heyətdə qaldıqdan sonra növbəti ili kirayədə oynayıb və sonra yenidən «topçu»ların heyətinə qayıdıb. 2000-2006-cı ilə qədər isə formasından «bərk yapışıb». 6 il ərzində 156 oyunda forma tərlədən Kol 8 dəfə tor silkələyib ki, bu da hər müdafiəçinin karyerasında rast gəlinən statistika deyil. Elə bu da rusiyalı yəhudi əsilli milyarder Roman Abramoviçin gözündən yayınmayıb. Karyerasının qaymaq dövrünü də digər bir paytaxt klubu «Çelsi»də (2006-2014) keçirən londonlu İngiltərə yığmasında 14 il xidmət göstərib, amma 107 oyunda (63 qələbə, 30 heç-heçə, 14 məğlubiyyət) qol sevinci yaşamayıb.

Karyerasının qürub vaxtında ingilis zadəganlarının maraqlarını ödəməyən qaradərilinin üçüncü transferi Avropanın ən qədim paytaxtlarından birinin elə öz adını daşıyan ünlü klubu «Roma»ya gerçəkləşsə, onda veteran futbolçuya «paytaxtlar kralı» adını vermək olar.