vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SƏNƏTÇİ  
13:47 | 13 iyul 2014 | Bazar Məqaləyə 2403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cahandar ağa» vəfat etdi

Xalq artisti Ələddin Abbasov 92 yaşında dünyadan köçdü

Məşhur «Dəli kür» filminin «Cahandar ağa» obrazını canlandıran aktyor Ələddin Abbasov dünyasını dəyişib. «ANS Press» xəbər verir ki, xalq artisti bu gün 92 yaşında vəfat edib. Aktyor son vaxtlar ayaq ağrılarından əziyyət çəkirdi və yeriyə bilmirdi. Aktyorun son mənzilinə yola salınması üçün vida mərasimi təşkil olunacaq.

Qeyd edək ki, Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Sənət uğurlarına görə, Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. «Mən ki gözəl deyildim» (İmran), «Özgə ömrü» (Ata), «Qatır Məmməd» (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu «Dəli Kür» əsərində Cahandar ağa obrazıdır. Aktyor yüzə yaxın personaja səhnə ömrü verib.