vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ŞOU BİZNES  
09:14 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Samiraldonun termodinamika qanunu...

... və ya Molla Nəsrəddinin eşşəyi

ZAHİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Xaneyvaz adında bir yoldaş var. Qəribə adamdır. Əslində onun mahiyyəti barədə danışmaq o qədər də maraqlı deyil. Bu, mənasızdır. Hə, onun başına bu yaxınlarda Yasamal bazarı yaxınlığında bir hadisə gəlib. Demək, Xaneyvaz dükandan siqaret alıb evə qayıdanda onu küçədə bir qrup cahıl saxlayır. İçərilərindən ən yekəpəri, kürəyi laydivar olanı qabağa çıxaraq Xaneyvazdan pulunun olub-olmamasını soruşur. O da qayıdıb deyir ki, yoxdur. Yekəpər Xaneyvaza belə deyir: «İndi mən səni ayaqlarından tutub başıaşağı sallasam, nə qədər düşər?» Xaneyvaz: «40 qəpik». Cahıllar gülüb onu buraxırlar. Əslində bunun danışmaq istədiyim mövzuya birbaşa dəxli yoxdur, məsələ müğənnilərdir. Amma Xaneyvazın «40 qəpik söhbəti»nin Üzeyir Mehdizadəyə dəxli ola bilər. Məsələn, səsi qəpiklərə bənzədək. Bu zaman səs üzərində 50-dək rəqəmlərdən ibarət olan dəyirmi metal parçalarına oxşayır. 50 rəqəmi səsə verilən ən yüksək qiymət olur. Və biz Üzeyirin ayaqlarından tutub başıaşağı sallayırıq. Vəəəə... Üzeyirin boğazından 1 qəpik düşür.

Musiqi insan ruhunun mənəvi qidasıdır. Bu qidadan ruh aldıqca fikirlər də yetkinləşir. Daha yaxşı yazırsan, eynən düşünürsən. Məsələn, yazı masası, kompüterin arxasında, bir qədəh qırmızı «Bordo» və ciddi-cəhdlə roman yazırsan. Radio açıq: Oqtay Ağayev «Ötən günlər» oxuyur. Aparıcı musiqini dəyişir, bu dəfə «əjdaha» Nadir «Maral, maral» qışqırır. Təsəvvür edin, «Ötən günlər»dən keçib, avtomatik olaraq Rusiyanın tayqa meşələrində Nadirin iribuynuzlu maralı ilə öpüşürsən.

Üzeyirə qayıdaq. Üzeyir mənim üçün Drayzerin «Amerika faciəsi»ndəki Klayd Qrifits obrazıdır. Əsərdə kasıb ailədə dünyaya gələn Klayd pul qazanmağın və şöhrət olmağın yollarını axtarır. Həmişə cəmiyyətin aristokratik zümrəsinə daxil olmaq üçün can atır, bahalı mehmanxana, restoran və paltar vitrinləri qarşısında xəyallar qurur. Atası Eysa Qrifitslər ailəsinin ən yoxsul üzvüdür, dindardır, cəmiyyət arasında əxlaqlı insan kimi tanınır. Lakin ailəsinin həddindən artıq kasıb olması Klaydı bezdirir. O, arzularını gerçəkləşdirmək üçün Çikaqoda nəhəng korporasiya sahibi olan əmisi Samuel Qrifitsin yanına gəlir. Burada müəyyən mövqe tutsa da, bütün səylərinə baxmayaraq Klayd əsərin sonunda korporasiya sahibi ola bilmir. Məsələn, Üzeyirə qulaq asarkən təxmin belə etmədiyiniz bir vaxt bir də görürsünüz ki, əlində «lezva» ikinci Nəsimi olursan.

Müğənni Mətanət Əsədova tədbirlərin birindən çıxarkən jurnalistlərin kameralarına tuş gəlib. Mətanət xanım «rezki» qayıdıb deyib ki, avtomobili ona hədiyyə ediblər. Bu məsələ, məncə, heç kəsi maraqlandırmır.

Afaq Aslan Günel Məhərrəmovaya deyib ki, gedib qabyuyan işləsin.

Gecəyarısı oturub Rəhim Rəhimlinin sırğa taxmasını düşünərkən zəngli saat səsi çıxarmaq da çox mənasız işdir. Əslində bu vaxt tam əminliklə Rəhimlə eyni hissləri istehlak edirsən.

Yaxşı bilirəm ki, iki əhəmiyyətli faktor adamın ruhunu korlayır: Konçita və Samiraldo. Bu tələlərdən alnının ağı ilə çıxmaq çətin məsələdir. Bunlar qədər məni çaşdıran üçüncü qüvvə yoxdur. Əslində Samiraldo və Konçitanın termodinamika qanunu Azisə əsaslanır.

Məsələn, Rəqsanənin qışqırıqlarına adamın bütün hüceyrələri ağızlarını ayırır. Az qala dil açıb yalvarırlar: «Qadan ürəyimə, baxmaaa!»

Düz üç gündür, Xudakərim arvadına yalvarır ki, «bir də sənə əl qaldırsam, ata-babama lənət!» Üç gün bundan qabaq o, arvadı Limonu döydüyü üçün evdə qalmış baldızı Firduz qapıda özünü «lezva»layır. Heç yadımdan çıxmır, Firduz boğazını hinduşka kimi yuxarı dartıb, başını ziqzaqvari şəkildə sağa-sola aparıb, qollarını qovzayıb dinozavr refleksilə ağzını ayırıb kişinin üstünə elə qışqırdı ki, Xudakərimin rəngi-avazı payız yarpağı kimi saraldı. Hulqumu armud saplağına oxşayan boğazının yuxarısında itdi.

Bura qədər bəsdir. Söz istehsalatı da azalıb. Yəqin, konqres sanksiya tətbiq edib. Gedim yatım.

Bütün bu hadisələrdən sonra onsuz da adamın kimyəvi tərkibi dəyişir.
«Kstati... Molla Nəsrəddin adin qəzet pişil orda, basmatri ayyay. Mojeş şto xoçeş ni davay... vot yesli ne budit dumoy eta qalmaqala arabatay, sən də mənə vot makraşka davay. Yes adin xaroşi müsəlmanski misal. Qavarit ki, eşşey, eşşey, atkuda znayet zəfəran şto. Haaa. Vot eşşey, vot tavar. Tavar ne xoçeş, eşşey davay» («Ac Həriflər»). (Milli.az)