vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
QƏZA, FACİƏ  
10:16 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avtobuslar bir-birinə girdi ...

... «Jiquli» isə traktora

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli.Az xəbər verir ki, Bakıda Azadlıq prospektində 165 və 133 saylı avtobuslar toqquşub. Qəza zamanı 133 saylı avtobusun şüşələri sınıb. Sərnişinlər avtobusdan düşürülüb və nəqliyyat qaraja aparılıb. Xəsarət alan yoxdur.


***


Lənkəranda da yol qəzası baş verib. APA xəbər verir ki, hadisə iyulun 13-də saat 22 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Girdəni kənd sakini, 1994 təvəllüdlü Elmar Ağagül oğlu Şabanovun idarə etdiyi 90 NV 254 dövlət nömrə nişanlı, «VAZ-21014» markalı minik avtomobili qarşısında hərəkətdə olan, Veravul kənd sakini, 1983-cü il təvəllüdlü Dadaş Mehrab oğlu Hüseynovun idarə etdiyi «Belarus» markalı ot presləyən traktora çırpılıb.

Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücü hadisə yerinə ölüb, sərnişini - Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Cavad Muğdat oğlu Əsgərzadə isə ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırılıb, onların köməyi ilə sürücünün cəsədi və sərnişini çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, xəsarət alan şəxsin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti ağırdır.

İlkin ehtimala görə, hadisəyə «VAZ 21014»ün sürət həddini aşması səbəb olub.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.