vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
13:29 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 3564 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AXCP Elçibəylə gedib»

«25 illiyi qeydetmə haqqı istənilən insanda var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«AXC-nin yaranmasının 25 illik yubileyini qeyd etməyə bütün cəbhəçi hərəkatı üzvlərinin, AXCP, KXCP, BXCP və Müsavat Partiyasının da haqqı çatır. Buna həm də bütün Azərbaycan xalqının haqqı var». Bunu modern.az-a Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, AXC-dən söz düşəndə Əbülfəz Elçibəyin rəhbərlik etdiyi təşkilatı əsas götürülür: «Ona görə də bu təşkilatın adı ilə Azərbaycan cəmiyyətinə təqdim olunub. Sonrakı dövrlərdə tamamilə deformasiyaya uğramış, müəyyən dərəcədə hədəflərinə çatmayan, başqa məqsədlərə xidmət edən AXCP anlayışı yarandı. Bu gün kim özünü bu təşkilatın varisi hesab edirsə, onun da yubileyi ayrıca tədbir qeyd etməyə haqqı çatır».

F.Mustafanın fikrincə, indiki AXCP əvvəlkindən çox fərqlidir: «AXCP Əbülfəz Elçibəylə birlikdə gedib. AXCP Elçibəydən sonra Azərbaycan cəmiyyətində faktiki olaraq hansısa bir rolu olan təşkilat kimi qalmadı və hədəflərindən uzaqlaşdı. 25 illiyi qeydetmə haqqı istənilən insanda var. İndi qeyd olunan tarix Əbülfəz Elçibəy AXCP-sinin tarixi kimi qiymətləndirilməyəcək. Onun tarixdə böyük yeri vardı»

Qeyd edək ki, iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi keçiriləcək. Yubileylə bağlı AXCP, BXCP, KXCP-nin tədbirlər keçirəcəyi gözlənilir.