vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
18:17 | 17 iyul 2014 | Cümə axşamı Məqaləyə 1983 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu insanlar bizim dəstəyimizə layiqdir»

Britaniyalı deputat Azərbaycanla bağlı kampaniyaya qoşuldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Krallıq parlamentində fəaliyyət göstərən Böyük Britaniya-Azərbaycan Dostluq Qrupunun katibi və Mühafizəkarlar Partiyasının deputatı Bob Blekmen «Many Happy Returns» (MHR / www.manyhappyreturnsidp.com) kampaniyasını dəstəklədiyini bəyan edib. O, Londonun ən multietnik rayonlarından biri Herou İsti təmsil edir.

Məlumat üçün bildirək ki, Bob Bləkman dəfələrlə Böyük Britaniya-Azərbaycan Dostluq Qrupunun Azərbaycana təşkil etdiyi səfərlərdə iştirak edib və ölkəyə böyük maraq oyadıb. Ötən həftə  B.Bləkman Böyük Britaniya Parlamentində «ASAN xidmət» mövzusunda dəyirmi masa, 2011-ci ildə isə «Azərbaycan və Cənubi Qafqaz» mövzusunda debat təşkil edib. Herou İst seçki dairəsi böyük yəhudi icmasının vətənidir və o, seçicilərlə hər görüşündə Azərbaycanın bütün dini konfessiyalara hörmətlə yanaşmasından və Qubadakı Qırmızı qəsəbəyə səfərlərindən danışıb.

Deputat Azərbaycanla Böyük Britaniya arasında yüksələn xətt üzrə inkişaf edən ticarət əlaqələrindən, ölkədəki dini və etnik tolerantlıqdan, Azərbaycan hökumətinin əldə etdiyi iqtisadi tərəqqidən və rəsmi Bakının qərb yönümlü xarici siyasətindən bəhs edib. Millət vəkili həm də Qarabağ münaqişəsindən və erməni işğalının qurbanları olan 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaşadıqları acınacaqlı vəziyyəti öz gözləriylə gördüyündən danışıb.

Virtualaz.org saytı kampaniyanın rəsmi saytına istinadən bildirir ki, MHR kampanıyasının başlığı «Many Happy Returns» deyə ingilissayağı təbrik mesajının əsasında seçilib ki, bu eyni zamanda öz yurd yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. İnternet səhifəsində məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.

Bob Bləkmən öz şərhində bildirib: «MHR kampaniyasına uğurlar. Bu insanlar bizim dəstəyimizə layiqdir».

MHR internet səhifəsi həm də öz istifadəçilərinə «Dünya Qaçqınlar Günü»nün əvəz edilib «Dünya Qaçqın və Məcburi köçkünlər günü» kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.