vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
10:35 | 18 iyul 2014 | Cümə Məqaləyə 1441 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mensoyandan məyus açıqlama

ABŞ-ın istefada olan mayoru: «Biz Qarabağdan çıxan kimi Bakı qələbəsini elan edəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ danışıqları Azərbaycanın xeyrinə olan sıfır variantda həllə doğru aparır. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Massaçusets Universitetinin professoru, ABŞ ordusunun ehtiyatda olan mayoru Maykl Mensoyan ABŞ mətbuatında yeni dərc edilmiş məqaləsində bildirir.

Müəllif daha sonra davam edir ki, danışıqların parametrlərini müəyyən edən Madrid prinsipləri ilk başdan Ermənistanın əleyhinə yönəlib və Dağlıq Qarabağın müstəqillik elan etməsinə imkan vermir. «Danışıqlara nəzarət edən Minsk Qrupunun tərkibindəki təmsilçilərinin vasitəsi ilə ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənən bu prinsiplər Azərbaycanın iradlarına yüksək önəm verərək vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub».

Məqalə müəllifi münaqişənin sülh yolu ilə həllinin Azərbaycanın xeyrinə olacağını bildirir: «1991-ci il sərhədlərinə qaytaran bu həll Azərbaycanın xeyrinədir, onun ərazi bütövlüyünün bərpa edilməsi üzrə tələblərini dəstəkləyir. Bizim silahlı qüvvələrimiz Dağlıq Qarabağdan çıxan kimi, onlar qeyri-effektiv beynəlxalq sülh qüvvələri ilə əvəz ediləcək. Həmin an İlham Əliyev qələbəsini elan edib işğal edilmiş əraziləri öz nəzarətinə qaytardığını bəyan edə bilər. Təəssüf ki, bizi sıfır variantı həlli gözləyir: Azərbaycan öz ərazisini bərpa edir, Qarabağ erməniləri müstəqillikdən əl üzürlər».

Onun fikrincə, Madrid prinsipləri çərçivəsində nəzərdə tutulan səsvermə heç zaman Dağlıq Qarabağın müstəqil olmasına imkan verməyəcək: «Səsvermənin mexanizmi keçirilənə kimi azərbaycanlı köçkünlər hökumətin maliyyələşdirdiyi proqramlarla regiona qaytarılacaq, referendum keçirilənə kimi ermənilər küncə sıxışdırılacaq. Təəssüf ki, Ermənistanın siyasi və iqtisadi hakimiyyəti buna təsir etmək üçün çox məhduddur».