vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
14:22 | 18 iyul 2014 | Cümə Məqaləyə 1188 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onlar fırıldaqçıdırlar»

Seymur Verdizadə baş redaktorları topa tutdu

Həsən BABAYEV

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Azəri Gənclər Alyansı» ictimai birliyinin həyata keçirdiyi «Gənc jurnalistlərin yeni media məktəbi» bu gün öz işini başa çatdırıb.

Aktual.az xəbər verir ki, ekspert qismində tədbirə qatılan Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə maraqlı fikirlər səsləndirib. O, bəzi baş redaktorları sərt tənqid etməklə iştirakçıların diqqətini cəlb edib:

«Eşitdim ki, bəzi baş redaktorlar burada çıxış edərək mətbuatda pul olmadığını deyib və gənc jurnalistləri pulsuz işləməyə dəvət ediblər. Mən bu fikirlə qəti şəkildə razı deyiləm. Əgər mətbuatda pul olmasaydı o insanlar uzun müddət baş redaktor kürsülərini zəbt edib, bahalı avtomobillərdə gəzməzdilər».

Ekspert gənc jurnalistləri bəzi baş redaktorların dediklərinə inanmamağa çağırıb:

«Mətbuatda pul olmadığını deyənlərə, sizi pulsuz işləməyə dəvət edənlərə inanmayın, onlar fırıldaqçıdırlar. Sizi öz haqqınızı tələb etməyə səsləyirəm. İstənilən qəzetdə, saytda heç zaman pulsuz işləməyin. Siz hansısa baş redaktorun şirin sözünə inanıb pulsuz işləsəniz gözünüz hər zaman hansısa iş adamlarının, məmurların əlində olacaq. İmkan verməyin ki, hansısa məmur beş-on manat verməklə sizi alçaltsın».