vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PARTİYALAR  
19:38 | 18 iyul 2014 | Cümə Məqaləyə 24324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Axı biz nə edə bilərik, ...?»

«İctimaiyyət də girovları müdafiə etməlidir»

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir həftəyə yaxındır ki, 3 Azərbaycan vətəndaşının taleyi müzakirə olunur. Belə ki, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev doğulduqları torpağa səfər edərkən düşmən yaraqlıları tərəfindən girov götürülüb. Düşmən tərəfi onlarla yola çıxan üçüncü soydaşımızın - Həsən Həsənovun öldürüldüyü haqda məlumat yayıb. Məlumatın dəqiq olub-olmadığı hələ bəlli deyil.

Azərbaycan hökuməti, parlament nümayəndələri, QHT-lər girovların geri qaytarılmasına yardım üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciətlər edib. Hələ ki, müraciətlərə konkret olaraq cavab verilmir. 

Modern.az saytı Azərbaycan müxalifət partiyalarının da məsələ ilə bağlı mövqeyini öyrənib. Onlar bununla bağlı hansı işlər görə bilərlər?


Azərbaycan Milli istiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov kəlbəcərlilərin öz doğma yurdlarına getdiyini haqlı hesab edir. «Girovları dövlət müdafiə etməlidir. Həmçinin dövlətin müvafiq orqanları var, o işlə məşğul olurlar. İctimaiyyət də girovları müdafiə etməlidir. Girovların heç bir günahı yoxdur. Onlar Azərbaycan ərazisində fəaliyyət göstərmək, gəzmək, hərəkət etmək hüququna malikdirlər. İşğal olunmuş ərazi girov götürülən kəlbəcərlilərin doğma yurdudur. Gedib öz vətənlərini görməyə hüquqları var».


Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın beynəlxalq təşkilatlara müraciət etdiyini deyir. «Bu məsələdə bizim beynəlxalq təşkilatlara müraciətimiz olub. Girovların həbs olunmasına etiraz edirik. Həmçinin, müxalifət partiyalarının bundan başqa edə biləcəyi nəsə yoxdur. Tam olaraq girovların geri qaytarılması Azərbaycan hakimiyyəti ilə, dövlət qurumları ilə əlaqəli iş olduğu üçün adətən belə məsələlərdə müxalifət partiyaları bəyanat və müraciət forması ilə məhdudlaşmalı olurlar. Biz də girovların geri qaytarılması üçün beynəlxalq təşkilatlara, Qırmızı Xaç Komitəsinə müraciət etmişik».


Ümid Partiyasının sədri İqbal Ağazadə də girovların geri qaytarılması ilə əlaqədar müraciət etdiklərini deyir. «Girovların geri qaytarılması ilə bağlı beynəlxalq şöbəyə tapşırıqlar vermişik. O cümlədən, ayrı-ayrı səfirliklərə, Qırmızı Xaç Komitəsinə, ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinə, həmsədrlərə yazılı müraciət edilib ki, girovların dərhal xəsarətsiz geri qaytarılmasına yardım etsinlər. Təəssüf ki, bundan başqa edə biləcəyimiz heç nə yoxdur».


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı girovların geri qaytarılmasını dövlət qurumlarına aid olan məsələ sayır. «Bu işlə mandatına uyğun olaraq beynəlxalq təşkilatlar məşğul olur. Xalq Cəbhəsinin əlaqədə olduğu təşkilatlar bu işlə məşğul olurlar. Sadəcə olaraq, AXCP-nin elə bir imkanı yoxdur ki, bu məsələni beynəlxalq səviyyədə diqqətə gətirsin. Müvafiq dövlət qurumlarına aid olan məsələdir. Həmin dövlət qurumları Qırmızı Xaç Komitəsi ilə, ATƏT-in Minsk qrupu ilə daimi olaraq təmasdadırlar. Bunu ölkədaxili qurumların müzakirə predmetinə çevirmək daha çox populizm olar».

ADP sədri Sərdar Cəlaloğlunun məsələ ilə bağlı mövqeyi bir qədər fərqlidir. «Girovların geri qaytarılması üçün beynəlxalq təşkilatlara dövlət müraciət etməlidir, partiyalar yox. Dövlətin Azərbaycan hakimiyyətinin Azərbaycan vətəndaşları qarşısında borclu öhdəliyi var. Azərbaycan Konstitusiyasına görə, Azərbaycan prezidenti, Azərbaycan parlamenti, Azərbaycan hüquq-mühafizə orqanları vətəndaşın təhlükəsizliyinə təminat verir. Bu məsələyə İlham Əliyev şəxsən özü müdaxilə etməlidir. Çünki Sərkisyanla Minsk qrupu çərçivəsində danışıqlar aparan İlham Əliyevdir. Biz isə müxalif partiyası kimi maksimum bəyanat verə bilərik ki, «etiraz edirik, bu adamlar azad olunsun». Onların azad olunması üçün dövlət ciddi işlər görməli, vasitəçilik edən ATƏT-in Minsk qrupunu, Qırmızı Xaç Komitəsini işə salmalıdır. Biz partiya olaraq nəsə edə bilmərik».