vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QARABAĞ  
14:04 | 19 iyul 2014 | Şənbə Məqaləyə 1301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki yolunuz var»

ABŞ-ın İrəvandakı səfirindən ermənilərə yeni Qarabağ şərti

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikanın İrəvandakı səfiri Con Heffern yerli mətbuata verdiyi müsahibədə Ermənistanın öz təhlükəsizliyini təmin etməsi üçün əsas şərtin Dağlıq Qarabağla əlaqəli oluğunu bildirib.

ANS PRESS-in məlumatına görə, populyar erməni portallarından olan «Lragir»ə müsahibə verən Heffern vurğulayıb ki, Ermənistanın öz təhlükəsizliyini təmin etməsi üçün iki yolu var. Birinci yol indiki vəziyyətdə qalmaqla Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal Azərbaycana qaytarılması və Madrid prinsipləri əsasında bundan sonrakı prosedurların yerinə yetirilməsidir. İkinci yol isə dövlətin orientasiyasında kəskin dəyişiklik edərək NATO ilə tərəfdaşlıq yolu tutmasıdır.

Amma bu məsələni gündəmə gətirən erməni şərhçilər Avrasiya İttifaqına girmək istəyən Ermənistanın ikinci variantı gerçəkləşdiriləcəyinə imkanı olacağına inanmırlar. «Ölkənin suverenliyinin itirilməsi üzündən bir tərəfdaş kimi Ermənistana qarşı güclü etibarsızlıq yaranıb»,- deyə erməni şərhçi İqor Muradyan bildirib.

Yəni Muradyanın sözlərindən belə anlaşılır ki, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları qaytararaq danışıqları davam etdirməkdən başqa yolu qalmayıb.