vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
18:14 | 20 iyul 2014 | Bazar Məqaləyə 1290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynanın azərbaycanlı «diplom ovçuları»

«3-cü və 4-cü kurslarda oxuyan tələbələr var ki, Ukrayna və rus dilində 1-2 kəlmə danışa bilmir»

«Mən Ukrayna ali məktəblərinin vəziyyətindən narahatam, çünki təhsil ocaqlarının 3-cü və ya 4-cü kurslarında oxuyan elə azərbaycanlı tələbələr var ki, rus və Ukrayna dillərində iki kəlmə söz bilmir. Bu halın özü Ukraynanın təhsil sisteminin imicinə xələl gətirir. Azərbaycan da nəticədə bilik səviyyəsi aşağı olan mütəxəssis əldə edir».

ANS-in məlumatına görə, bunu Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov A.A.Boqomoles adına Milli Tibb Universitetinin yeni seçilmiş rektoru Yekaterina Nikolayevna Amosova ilə görüşü zamanı deyib. 

Onun sözlərinə görə, bu cür neqativ hallarla mübarizə aparılmalı və cəmiyyət üçün layiqli və peşəkar kadrlar yetişdirilməlidir.

«Məzunların kəmiyyəti yox, keyfiyyəti bizi maraqlandırmalıdır. Bizə «diplom ovçuları» lazım deyil», - deyə Hikmət Cavadov bildirib. 

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri görüşdə rus və Ukrayna dillərini yaxşı bilməyən tələbələrin bu ölkənin ali məktəblərinə qəbul edilməməsini təklif edib. O, bunu belə əsaslandırıb ki, bu addımlar azərbaycanlı tələbələrin çalışqanlığını artıracaq, universitetə daxil olarkən bir stimul yaradacaq və Azərbaycan cəmiyyəti üçün yüksək səviyyəli peşəkarların yetişməsinə yardımçı olacaq. 

Yekaterina Amasova öz təəccübünü gizlətməyərək etiraf edib ki, adətən ona tamamilə əks fikirli tələblərlə müraciət edirlər. O, bu təkliflərə müsbət yanaşaraq, öz növbəsində ədalətli və düzgün qəbul naminə Azərbaycan diasporunun da qəbul imtahanlarında iştirakını təklif edib. 

Hikmət Cavadov bu cür səmimi görüşə görə təşəkkür edib və bildirib ki, Yekaterina Amosova öz xələfinin idarəçiliyi zamanı baş qaldırmış neqativ nöqsanlarla ciddi mübarizə aparacaq. 

Diaspor rəhbəri yeni seçilən rektoru təbrik edib və universitetə xaricdən, əsasən də Azərbaycandan tələbələrin qəbul edilməsinin inkişaf dinamikası və üsulları ilə bağlı bir sıra təkliflər irəli sürüb.