vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
22:09 | 20 iyul 2014 | Bazar Məqaləyə 1111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçılardan qeyri insani hərəkət

Daim sərxoş yaraqlılar sərnişinlərinin kredit kartlarındakı pulları talayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti qeyd edir ki, «Boeing-777» təyyarəsinin düşdüyü əraziyə nəzarət edən separatçıların əksəriyyəti sərxoş vəziyyətdədir və onlar beynəlxalq mütəxəssislərə hadisə yerində araşdırma aparmağa mane olurlar.

Bundan başqa, operativ məlumata görə, terrorçular  təyyarədə ölən sərnişinlərin kredit kartlarından istifadə edirlər və meyitlərin üzərindən şəxsi qiymətli əşyaları oğurlayırlar. UNİAN-ın verdiyi xəbərə görə, bu barədə  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti Mərkəzinin spikeri Andrey Lısenko ötən gün Kiyevdə keçirilən brifinqdə bildirib.   

«Əksəriyyəti sərxoş vəziyyətdə olan separatçılar faciə baş verdiyi ərazidə beynəlxalq mütəxəssislərə araşdırma aparmağa imkan vermirlər. ATƏT nümayəndələri, onlara baxış keçirmək üçün müəyyən ərazidən kənara çıxdıqda,  silahlılar havaya atəş açırlar» - deyə Lısenko bildirib. 

Bu arada o da məlum olub ki, Ukraynanın Donetsk vilayətində vurulan «Boeing-777» təyyarəsinin sərnişinlərindən 192-nin meyiti tapılıb. Bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qroysman bildirib.  

«Axtarış zonası 35 km-dək genişləndirilib, axtarış işlərinə Fövqəladə Hallar Dövlət Xidmətinin 200-dək əməkdaşı cəlb olunub, lakin onlar ərazidə olan silahlı şəxslərin daimi təzyiqi altında çalışırlar» - deyə Qrosman bildirib. 

Qeyd edək ki, Malayziyaya məxsus «Boeing-777» təyyarəsinin göyərtəsində 298 insan olub. Onların hamısı təyyarənin vurulması nəticəsində həlak olub (APA).