vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
19:58 | 20 iyul 2014 | Bazar Məqaləyə 1338 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 ölkə Rusiyaya qarşı

«Müfəttişlər təyyarənin qəzaya uğradığı əraziyə buraxılmasa ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya, Fransa və Almaniya liderləri telefonla danışıb. ANS PRESS-in məlumatına görə, onlar razılığa gəliblər ki, əgər Rusiya prezidenti Vladimir Putin rusiyameylli separatçıların müfəttişləri Malayziya təyyarəsinin qəzaya uğradığı əraziyə buraxmasına nail olmasa, Rusiyaya əlavə sanksiya qoysunlar.

Fransa prezidenti Fransua Ollandın mətbuat xidməti iyulun 20-də bu telefon söhbəti barədə məlumat yayıb. 

Məlumata görə, o, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri David Kameron Putin qarşısında belə bir tələb qoymaq barədə razılığa gəlib.

Bəyanatda deyilir ki, Rusiya dərhal gərəkli tədbirlər görməsə, Avropa Birliyi iyulun 22-də Xarici İşlər Şurasında nəticələr çıxaracaq.