vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
11:57 | 21 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1233 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Boeing-777» Putinin yuxusuna haram qatıb

Rusiya prezidenti faciəyə görə gecəyarısı xalqa müraciət etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Putindən məcburi müraciət

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində rusiyameylli separatçılar tərəfindən vurulan Malayziya təyyarəsinə görə gecə yarısı xalqa müraciət edib. Virtualaz.org saytı Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin videomüraciətində «Donetsk səmasından baş vermiş dəhşətli faciəli hadisələr barədə» şərh vermək zərurətinin yarandığını bildirir. Sitat: «Bir daha bildirmək istəyirəm ki, Rusiya bu gün Ukraynada baş vermiş hadisələrə necə yanaşır. Biz dəfələrlə qarşıduran tərəfləri dərhal qan axadılmasını dayandırmağa və danışıqlar masası arxasına keçməyə çağırdıq. Tam əminliklə demək olar ki, əgər iyunun 28-də Ukraynanın şərqində döyüş əməliyyatları bərpa edilməsəydi yəqin ki, bu faciə də baş verməzdi».

Rusiya prezidenti daha sonra bildirib ki, heç kimin bu hadisəni məkrli siyasi məqsədlər üçün istifadə etmək haqqı yoxdur. «Belə hadisələr insanları ayırmalı deyil, birləşdirməlidir. Vacibdir ki, regiondakı situasiyaya cavabdeh olan bütün insanlar öz xalqları və bu faciədə nümayəndələrini itirmiş xalqlar qarşısında məsuliyyətlərini artırsınlar. Beynəlxalq ekspertlərin hadisə yerində işləməsi üçün təhlükəsizlik tam təmin edilməlidir. Zəruridir ki, fəlakət yerində İCAO-nun ekspert komissiyası hərtərəfli araşdırma apara bilsin. Komissiyanın təhlükəsiz şəraitdə işləməsi üçün bütün zəruri addımlar atılmalı və humanitar dəhlizlər yaradılmalıdır» deyə Putin  bildirib.

Putinin gecəyarısı xalqa müraciət etmək zərurətini hiss etməsi fövqəladə situasiyadır və indiyədək Rusiya prezidenti ancaq bir dəfə - Yeni İl gecəsi xalqa videomüraciətlə çıxış edirdi.

Müraciətlə çıxış etməzdən əvvəl Putin Qərb liderləri ilə telefon danışıqları aparıb. Kremlin məlumatına görə Rusiya prezidenti Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Avstraliyanın baş naziri Toni Ebbot və Niderland baş naziri Mark Ryutte ilə telefonla danışıb. Telefon danışıqlarında söhbət Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılması, Rusiyanın separatçılara dəstəyi dayandırması və «Boeing-777» fəlakətinin araşdırılmasına separatçıların yaratdığı əngəllər müzakirə olunub. Putin Malayziya sərnişin təyyarəsini separatçıların vurduğunu inkar etməyib, ancaq bildirib ki, Ukraynanın şərqində hərbi əməliyyatlar getməsəydi bu hadisə də baş verməzdi.

Ekspertlərə görə Putinin gecə yarısı xalqa müraciətlə çıxış etməyə 300-ə yaxın insanın həlak olduğu bu faciəyə görə Rusiyanın məsuliyyət daşıdığını göstərən dəlillərin çoxalmasına görə məcbur olub. İyulun 20-də axşam Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, təyyarəyə raket atan zenit-raket kompleksinin peykdən çəkilmiş görüntüləri əldə edilib. Ukrayna prezidentinin sözlərinə görə, peyk görüntüləri raketin haradan atıldığını və onun uçuş trayektoriyasını, habelə təyyarənin vurulmasından sonra zenit-raket kompleksinin Rusiyaya aparılmasını sübut edir. Həmçinin separatçılar arasında təyyarənin vurulması zamanı aparılan radio danışıqları da qeydə alınıb. Ardınca ABŞ dövlət katibi Con Kerri də Birləşmiş Ştatlar kəşfiyyatının təyyarənin rusiyameylli separatçılar tərəfindən vurulduğuna dair bütün sübutları əldə etdiyini, həmçinin təyyarənin vurulmasında istifadə edilən zenit-raket kompleksinin iki həftə əvvəl Rusiyadan Donetskə daxil olduğunu sübut edən görüntülərin olduğunu deyib. Kerri bildirib ki, təyyarənin vurulmasından sonra zenit-raket kompleksinin azı bir raketi əksik olmaqla Rusiyaya geri qaytarıldığını nümayiş etdirən videokadrları da görüb.