vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
QARABAĞ  
12:08 | 22 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1924 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yaxın günlərdə mütləq hər hansı nəticə olacaq»

Əli Həsənov girov düşən Həsənin valideynləri ilə görüşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dünən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Kəlbəcərdə ermənilərə girov düşən və düşmən tərəfindən öldürüldüyü iddia olunan Cəbrayıl köçkünü Həsən Həsənovun qardaşı Nail Həsənov və atası Fərman Həsənovu qəbul edib. Onlara bildirib ki, hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi və qeyri-dövlət qurumları ilə birgə işlər davam etdirilir. Yaxın günlərdə mütləq hər hansı nəticə olacaq».

Modern.az-ın verdiyi məlumata görə, bunu Qarabağ Azadlıq Təşkilatı Ali Məclisnin üzvü, Qarabağ müharibəsi veteranı, həmçinin girov düşən Həsən Həsənovun hüquqlarını qoruyan Vaqif Əlisoy bildirib. Görüş zamanı Əli Həsənov məsələnin prezident İlham Əliyevin nəzarəti altında olduğunu bir daha vurğulayıb. Vaqif Əlisoyun sözlərinə görə, Həsənin valideynləri hazırda Bakıdadır, səhhətləri nisbətən stabilləşib.

Vaqif Əlisoy son olaraq bildirdi ki, 2-3 gün ərzində girovlarla bağlı, xüsusilə də Həsənlə bağlı hər hansı məlumat verilməyəcəyi təqdirdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin binası qarşısında davamlı etiraz aksiyaları keçirəcəklərini bəyan edib. Bir daha media nümayəndələrini həssas mövzuda daha diqqətli olmağa çağırıb. Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürüldüyü haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı «DQR»də cinayət işi açılıb. Onlar 17 yaşlı erməni gəncini öldürməkdə ittiham olunurlar.

Girov düşmüş 3-cü şəxs Həsən Həsənov barədə isə dəqiq məlumat verilmir. Ermənilər onu öldürdüklərini deyirlər...