vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
13:40 | 22 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada növbəti səfərbərlik

232 deputat prezidentin fərmanını təsdiqlədiyib

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 22-də Ukrayna parlamenti prezident Petro Poroşenkonun ölkədə qismən səfərbərlik edilməsi barədə fərmanını təsdiqləyib. «Media forum» xəbər verir ki, 232 deputatın təsdiqlədiyi fərman bütün Ukrayna üzrə ehtiyat qüvvələrin 45 gün ərzində orduya çağırılmasını nəzərdə tutur. Orduya 45 yaşınadək zabit və serjantlar, 40 yaşınadək sıravilər və 60 yaşınadək ali zabitlər çağırılır.

Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.

İyunun 20-də Ukrayna prezidenti Petro Poroşenko Silahlı Qüvvələrə ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücum əmri verib.