vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
15:56 | 22 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 3127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oğulları İŞİD-ə qoşulan ataların ahı

Övladlarından ötrü 2 ölkədən keçib Suriyaya gedən valideynlər əliboş qayıtdılar

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • İŞİD-ə qoşulan belçikalılar Lucas və Abdelmalek
  • Lucas Van Hessche (sağda) kik-boksinq üzrə peşəkar idmançıdı
  • Suriyanın Raqqa şəhəri. İŞİD terrorçusu
  • AXTARILIR: Lucas van Hessche
  • Ötən il oğlunu Suriyadan çıxarıb xilas edən Dimitri Bontinck
  • Bontinck (solda)Hesscheyə oğlunu tapmaqda köməklik edir

MÖVZUYA AİD VİDEO

  • Oğlundan ötrü Suriyanı şəhər-şəhər dolaşan ata
  • Avropada İŞİD qorxusu dolaşır
  • Terrorçulara qoşulan avropalıların sayı minlərlədir

Son bir neçə həftə ərzində Suriyanın şimalında oğullarının axtarışı ilə məşğul olmuş 2 belçikalı ata evə əliboş qayıdıb. BBC-dən Duncan Crawford həmin atalarla onlar Belçikaya dönməzdən əvvəl Türkiyənin Qaziantep şəhərində danışıb.

İdriss Boutalliss gözləri dolmuş halda deyib: «Mən oğlumu görmək istəyirəm. Lakin bu çox çətindir. O, İŞİD sıralarındadır».

Belçikanın Kortrijk şəhərindən olan ata 19 yaşlı oğlu Abdelmaleki Suriyanın şimalında 10 gün axtarıb.

Atanın məqsədi şəkər xəstəliyindən əziyyət çəkən oğlunu tapıb onu cihadçı qrupu tərk edərək evə qayıtmağa dilə tutmaq olub.

«Mən Raqqa şəhərinə baş çəkdim, İŞİD əmirlərilə görüşdüm», - İdriss Boutalliss deyib.

Boutalliss və daha bir belçikalı ata - Pol Van Hessche Suriyaya oğullarını axtarıb tapmaq məqəsdilə gəliblər.

Pol Van Hessche-nin 18 yaşlı oğlu Lucas Abdelmaleklə dostdular. «Suriyanın Raqqa şəhərində bizə Suluk şəhərinə getməyi məsləhət gördülər və nəhayət, bir əmir bizə oğullarımızı görməyə icazə verdi», - Boutalliss deyib. Onun sözlərinə görə, yaxın dost olan bu 2 yeniyetmə Avropadan və digər ölkələrdən gəlmiş gənclərə İŞİD düşərgələrində Şəriət dərsləri oxunur.

Abdelmalek və Lucasa ataları ilə görüşüb danışmağa icazə verilib, lakin hər ikisi İŞİD-i tərk etməkdən imtina edib.

«Oğum qayıtmaq istəmir. Deyir ki, Belçikaya dönsə polis onu dərhal həbs edəcək», -İdriss Boutalliss vurğulayıb.

Ata şəkərdən əziyyət çəkən oğluna insulin dərmanını çatdırıb, lakin onun vəziyyətinin pisləşə biləcəyindən narahatdır.

«İnsulinsiz o yaşaya bilməz, çətin ki, bu dərman Suriyada tapılsın», - ata deyib. Oğulları ilə görüşdükdən sonra digər belçikalı ata Pol Van Hessche Türkiyəyə qayıdıb, İdriss Boutalliss isə daha bir neçə gün Suriyada qalıb ki, bəlkə oğlunu dilə tutub evə qayıtmağa inandıra bildi.

Lakin onun bütün cəhdləri nəticəsiz qalıb və Boutallissdə Türkiyəyə dönüb. «Mənə, onun anası, qardaş və bacıları üçün buna dözmək çox çətindir, onsuz yaşaya bilmirik», - gözləri dolmuş halda ata bildirib.

İdriss Boutalliss və Pol van Hessche Turkiyəni artıq tərk ediblər. Onların Suriyaya səfərinin təşkilində keçmiş belçikalı əsgər, keçən il öz oğlunu Suriyadan çıxarıb xilas edə bilmiş Dimitri Bontinck iştirak edib.