vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MƏMLƏKƏT  
09:54 | 23 iyul 2014 | Çərşənbə Məqaləyə 3325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Köhnəni ver, yenisini apar

«Bakı Metropoliten»in vaqonları «anadangəlmə» etdirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Köhnə vaqonlar «Bakı Metropoliteni»ndə artıq yeni simada görünəcək. Bunu «Trend»ə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, artıq «Bakı Metropoliteni»ndəki köhnə vaqonların tam yenidən qurulmasına başlanılıb: «Bakı Metropoliteninin vaqon parkında 266 vaqon var. Hər bir vaqonun istismar müddəti olur. Bizdə istismar müddətini başa vurmuş vaqonlar yoxdur. Amma onlar mütəmadi olaraq cari və əsaslı təmirdən keçməlidir. Bu il hər birində 5 vaqon olmaqla 3 qatar tam modernizasiya olunub. Onlardan biri artıq sınaq yürüşündədir. Bir neçə gündən sonra tam istifadəyə veriləcək».

N.Paşayev qeyd edib ki, vaqonlar Rusiya vaqon təmiri zavodlarından birinin Tbilisidəki filialına göndərilir. Orada isə vaqonlar demək olar ki, tam yenilənir: «Orada köhnə vaqonların yalnız korpusu qalır, qalan bütün hissələri dəyişdirilərək tamamilə yenidən qurulur. Vaqonlar ən xırda detalınadək yenilənir. Kabellər, şuruplar, idarəetmə pultu, maşinist lövhəsi, lampalar, oturacaqlar, şüşələrinə qədər hər şey dəyişdirilir. Yəni demək olar ki, artıq tam yeni vaqon olur».

Bundan əlavə, «Bakı Metropoliteni» QSC-nin yeni vaqonların alınmasına dair fransız şirkətləri ilə mövcud anlaşma memorandumu əsasında bununla bağlı yaxın zamanlarda müvafiq müqavilə də imzalanacaq.