vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ELM-TƏHSİL, DİN  
11:24 | 23 iyul 2014 | Çərşənbə Məqaləyə 1409 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Akademiyada yeni qurum

Nəşriyyat Şurası elmi yeniliklərin dərci ilə məşğul olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

AMEA Rəyasət Heyətində AMEA Elmi Nəşriyyat Şurasının yaradılmasına həsr olunmuş iclas keçirilib.

Şuranın yaranmasını təklif edən AMEA prezidenti akademik Akif Əlizadədir. Yeni yaradılacaq Şura AMEA-da nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elmi uğurların dünya ictimaiyyətinə çatdırılması, eləcə də çapla bağlı yaranmış problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Sonda AMEA Elmi Nəşriyyat Şurasının təklif olunan tərkibdə yaradılması haqqında qərar qəbul olunub. Qərara əsasən Şura daxilində fizika-riyaziyyat və texnika, kimya, yer, ictimai, humanitar və həyat haqqında elmi bölmələr fəaliyyət göstərəcək (modern.az).