vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
17:08 | 23 iyul 2014 | Çərşənbə Məqaləyə 1430 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zuckerbergdən ermənilərə zərbə

«Facebook» Ağdamın işğal günü işğalçıların səhifəsini bağladı

ASİF

MÖVZU İLƏ ƏLAQƏLİ

Ağdamın işğal günü ermənilərə böyük zərbə vurub. Publika.az xəbər verir ki, «Facebook» şəbəkəsində ermənilərə məxsus ən böyük qruplardan olan «Nakhichevan belongs to Armenia» sosial şəbəkə rəhbərliyi tərəfindən bağlanıb.

Buna səbəbsə «AzərTAc»-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevin şikayəti olub.

Bu barədə sosial şəbəkədə məlumat yayan R. Kəngərli bildirib ki, həmin səhifə indiyə qədər azərbaycanlılar tərəfindən bir neçə dəfə şikayət olunub. Lakin «Facebook» rəhbərliyi hər dəfə şikayətlərə baxdığını bildirib.

R. Əliyevin şikayətindən sonra isə sosial şəbəkə adıçəkilən səhifəni ləğv edib.

«Nakhichevan belongs to Armenia» haqqında şikayətdən sonra qərarımızı dəyişdirdik. Şikayət etdiyiniz səhifəni incələdik və standartlarımızı tapdaladığı üçün ləğv etdik. Şikayətiniz üçün təşəkkürlər», - deyə R. Əliyevin şikayətinə «Facebook» belə cavab verib.

Qeyd edək ki, ermənilər bu səhifədə Naxçıvanın Ermənistan torpağı olduğunu iddia edir, bununla bağlı çoxsaylı videolar, açıqlamalar paylaşır, saxtalaşdırılmış tarixi faktları yayırdılar.