vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AKTUAL  
18:32 | 23 iyul 2014 | Çərşənbə Məqaləyə 1161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniya Litvinenkonun ölümünü araşdıracaq

«Hamı ruhdan düşüb, çünki biz bunu gözləmirdik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya Daxili İşlər Nazirliyi iyulun 22-də bildirib ki, Rusiya casusu Aleksandr Litvinenkonun 2006-cı ildə baş vermiş ölümü ilə bağlı müstəqil ictimai araşdırma aparacaq. Nazirlik bəyan edib ki, bu araşdırma tam müstəqil olacaq və davam edən hökumət istintaqından asılı olmayacaq. Məlumatı CNN yayıb.

Litvinenkonun həyat yoldaşı əsas istintaqdan əlavə, qətl işləri üzrə müstəntiqlərdən tələb edib ki, İngiltərədə baş verən  digər qeyri-təbii ölüm halları, o cümlədən Litvinenkonun zəhərlənərək ölməsi faktı adi istintaq işi kimi qəbul edilsin. Hadisəylə bağlı ictimai araşdırma aparılsın.

Qeyd edək ki, istintaqa  Robert Ouen rəhbərlik edəcək. O, dövlət təhqiqat orqanının rəhbəridir.

«Cənab Litvinenkonun ölümündən yeddi ildən çox vaxt keçib. Hökumət onun ailəsi üçün ədalət axtarışındadır. Ümid edirik ki, bu istintaqda istənilən yolla məqsədimizə nail olacağıq», - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

İstintaqdan fərqli olaraq, ictimai araşdırmada şahidlik bağı qapılar arxasında keçirilə bilməz. Litvinenkonun məsələsində isə belə sübutlar özü ilə milli təhlükəsizlik məsələlərini də aşkara çıxara bilər. Onun həyat yoldaşı Marina iddia edir ki, ictimai araşdırma istintaqa tam imkan yaradacaq.

Qeyd edək ki, ölüm ayağında olarkən Litvinenko onun zəhərlənməsində Rusiya prezidenti Vladimir Putini günahlandırırdı. Kreml isə bu ittihamı israrla rədd etmişdi.


Putinin rəqibi, sürgün edilmiş oliqarx Britaniyadakı evində ölü tapıldı


Marina Litvinenko iyulun 11-də CNN-ə verdiyi müsahibəsində bildirib ki, «Hamı ruhdan düşüb, çünki biz bunu gözləmirdik».

«Biz başa düşəndə ki, müstəntiq Rusiya dövlətinin hadisədə iştirakını təsdiqləmək gücündə deyil, onda onun dəstəyi ilə ictimai araşdırmanı tələb etdik», - deyə Marina əlavə edib.

O, hökumətin qərarının məhkəmədə yenidən baxılmasına çağırıb.

«Mən əminəm ki, həqiqəti tapacağıq, çünki Britaniya qanunlarının işləyə biləcəyinə inanıram», - Marina Litvinenko vurğulayıb.

Xatırladaq ki, keçmiş DTK casusu və Putinin sərt tənqidçisi olan Litvinenko Britaniyaya 2000-ci ildə, DTK-nın varisi olan FTB-dəki xəbərçilərin ifşa olunmasından sonra gəlmişdi.

O, Londondakı Qrosvenor meydanında yerləşən «Millenium» otelində çay içərkən radioaktiv maddə olan polonium-210 ilə zəhərlənmiş və 23 noyabr, 2006-cı ildə London xəstəxanasında dünyasını dəyişmişdi .

Rusiya dövləti sabiq DTK casusu Litvinenkonun ölümü ilə bağlı işə cəlb olunmuşdu. Vəkil isə: «Poloniumun bədənə nə edir ki?» şəklində hadisəyə münasibət bildirmişdi.