vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
14:16 | 24 iyul 2014 | Cümə axşamı Məqaləyə 1443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türklərdən ermənilərə zərbə

«Azərbaycanlar istədiyi vaxt öz torpaqlarına gedə bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada yaşayan türklər erməni hərbçilər tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlıların müdafiəsinə qalxıb. ANS PRESS-in məlumatına görə, «Deutsch-Turkisches Journal»da yer alan məqalədə bildirilir ki, Dağlıq Qarabağ rəsmi olaraq Azərbaycan torpaqlarıdırsa, Azərbaycan vətəndaşları istədiyi vaxt ora gedə bilər.

«Ona görə də, Ermənistan tərəfinin girov götürülən azərbaycanlıların sərhədi pozması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır. Onlar haqqında belə bir ittiham irəli sürülməməlidir», deyə məqalədə bildirilir.

Qeyd edək ki, iyunun əvvəllərində erməni hərbçiləri doğma torpaqlarına gedən 3 azərbaycanlını - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovu girov götürmüşdü. Qarşı tərəf Dilqəm və Şahbazın görüntülərini yaysa da, Həsən Həsənovu öldürdüklərini iddia edirlər.