vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
16:41 | 24 iyul 2014 | Cümə axşamı Məqaləyə 2262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan Ordusunun builki itkiləri açıqlandı

Günaşırı ölüm xəbəri gələn orduda 6 ayda 26 itki olub?

MÖVZU İLƏ ƏLAQƏLİ

2014-cü ilin ilk ayı ərzindən Ermənistan ordusunda 26 hərbi qulluqçu ölüb. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı news.am saytına Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin mütəxəssisi Nazeli Movsesyan verib. Onun sözlərinə intiharlar nəticəsində ölüm faktları qeydə alınmayıb.

O iddia edib ki, 26 nəfərdən 13-ü guya, atəşkəs rejiminin pozulması nəticəsində ölüb. Nazeli Movsesyanın məlumatına görə,  1 nəfər silahla ehtiyatsız davranmaqdan, 2 nəfər döyüş növbəsi çəkərkən, 4 nəfər yol-nəqliyyat qəzası, 3 nəfər isə sağlamlığında problem yarandığından ölüblər.

Qeyd edək ki, Ermənistan tərəfi ordusundakı problemləri ört-basdır etmək üçün ölüm hallarını gizlətməyə və ya hadisələrin baş verdiyi situasiyanın təyinatını dəyişməyə çalışır. Bəllidir ki, Ermənistan ordusunda vəziyyət gündən-günə pisləşir. Belə bir şəraitdə əsgərlərin intihar edərək özlərini öldürməsi faktı realdır. Ermənistan isə hər cəhdlə bu cür informasiyaların mətbuatda verilməsinin qarşısını almağa çalışır və qismən də buna nail olur.