vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DÜNYA  
16:50 | 24 iyul 2014 | Cümə axşamı Məqaləyə 2930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir təyyarə qəzası?

110 sərnişin, 6 ekipaj üzvündən xəbər yoxdur

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Əlcəzair Hava Yolları «Air Algerie» aviaşirkətinə məxsus təyyarə ilkin məlumatlara görə, Nigerin paytaxtı Niamey şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu barədə AzVision.az «CCTVNews» telekanalına müsahibəsində bildirib. Qeyd edək ki, «DC-9» tipli avialaynerlə əlaqə təyyarənin Brukina Fasonun paytaxtından havaya qalxmasından 50 dəqiqə sonra kəsilib.

«Təyyarə Əlcəzair sərhəddi yaxınlığında olan zaman, ekipaj görmə məhdudluğu ilə əlaqədar uçuş istiqamətini dəyişmək barədə razılıq istəyib. Əks halda o Əlcəzairdən Bamakoya uçan təyyarə ilə toqquşa bilərdi. Təyyarə uçuş istiqamətini dəyişdikdən sonra onunla əlaqə kəsildi», - deyə «Air Algeria» şirkətinin rəsmiləri bildirib.

Qəza baş verən zaman təyyarənin göyərtəsində 110 sərnişin və 6 ekipaj üzvü olub.