vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
20:07 | 25 iyul 2014 | Cümə Məqaləyə 2131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovski ANS-ə nə dedi?

«Biz inanırıq ki, İlham Əliyev münasibətlərin daha da inkişafı üçün hələ çox şey edəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski ANS-ə eksklüziv müsahibə verib. Müsahibəsi zamanı o, Rusiya telekanalındakı məşhur müsahibəsində Azərbaycanı öyməsinin səbəblərini açıqlayıb.

- Azərbaycanla Rusiya arasındakı münasibətlərin indiki səviyyəsini necə dəyərləndirirsiniz və bunda dövlət başçılarının rolu sizcə nədir? 

- Bugünkü gündə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər məncə ən müsbət bir mərhələdədir və postsovet məkanındakı digər ölkələrlə münasibətlərimizə nümunə olacaq səviyyədədir. Bütün bunlar isə Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin birbaşa səyləri nəticəsində mümkün olub. Bu adam çox yüksək təhsil almış, gözəl tərbiyə görmüş ve Rusiya ilə münasibətlərin bütün nüanslarını gözəl başa düşən bir insandır. 

Azərbaycan özü çox çətin bir geosiyasi mövqedə yerləşir. Yanında İran, Türkiyə və Orta Asya respublikalarının o biri tayında isə Əfqanıstan yerləşir. Qərb ölkələri Azərbaycana böyük maraq göstərir. Ona görə Azərbaycan hakimiyyətinə indiki mövqeyini qoruyub saxlamaq çox da asan başa gəlmir. 

Azərbaycan Qərbin kütləvi informasiya vasitələrində başladılan anti-Rusiya xorunda iştirak etmir. Bu da indiki Azərbaycan hakimiyyətinin düzgün izləməkdə olduğu kursun nə qədər doğru olduğunu göstərir. Bu həm də Azərbaycanın keçmişiylə də bağlıdır. Belə ki, bu kurs Heydər Əliyev tərəfindən başladıldı. Mən onu şəxsən tanıyırdım. Biz bir-birimizə simpatiya bəsləyirdik. Mən onunla həmişə Moskvada görüşürdüm və 1971-ci ildə Bakıda Zaqafqaziya respublikalarının Daxili İşlər Nazirləri toplantısında da görüşümüz oldu. 

Və bu gün İlham Əliyev də böyük siyasət xadimi, SSRİ-nin ən qiymətli dövlət adamlarından biri olan və SSRİ-dən sonra müstəqillik qazanan ölkə liderləri arasında da seçilən Heydər Əliyevin kursunu davam etdirir və özü də müasir beynəlxalq vəziyyətin tələbləri çərçivəsində buna bəzi əlavələr edir. Bu gün iqtisadi islahatlar, yolların bərpası, mədəniyyət, idman, incəsənət, bir sözlə hər sahədə böyük nailiyyətləri olan Azərbaycan haqqında sadəcə və sadəcə müsbət fikirlər demək olar. 

Bütün bunlar Azərbaycana gedən insanlarda bu ölkə haqqında müsbət fikirlər oyadır. Əlbəttə ki, bütün bunlar Azərbaycanın indiki prezidenti İlham Əliyevin bacarığının nəticəsidir. Başqalarının eləyə bilmədiklərini eləmək ona qismət oldu. Digərləri postlarını tərk etmək məcburiyyətində qaldılar. Onların fəaliyyətləri Rusiya ilə və digər MDB ölkələriylə münasibətlərə də mənfi təsir edirdi. İlham Əliyev isə daha müvəffəqiyyətli oldu. Bunda hər halda ona atası, dahi azərbaycanlı Heydər Əliyevlə bağlı xatirələri, təhsili, bilgiləri, Rusiya ilə yaxşı münasibətləri qorumaq istəyi də kömək oldu. 

Bu gün Ukrayna və Pribaltika ölkələrində rus dilinə qarşı təzyiq siyasəti aparıldığını görürük. Azərbaycanda isə güclü Slavyan Universiteti, 400 rus məktəbi, kitabxanalar fəaliyyət göstərir. Ümumilikdə, rus dili Bakı küçələrində eşidilir, işgüzar dairələrdə, mədəniyyət sahəsində, vətəndaşlararası ünsiyyətdə bu dildən istifadə olunur.

Bu, bizim bir-birimizi daha yaxşı başa düşməyimiz üçün çox yaxşı bir amildir. Rusiyada işləyən bütün azərbaycanlılar da rus dilini əla səviyyədə bilirlər. Bu gün biz Rusiya ilə Azərbaycan arasındakı mövcud münasibətlərə sadəcə sevinə bilərik. Təbii ki, burda biz hər dəfə Azərbaycan prezidentini də yada salmalıyıq. Çünki bütün bunlar onun əməyinin məhsuludur. Aramızda yenidənqurma illərində, əlbəttə ki, bəzi problemlər də oldu. Bəzi yazıçılar, filoloqlar hakimiyyətə gəlmişdi o zamanlar. Bütün bunlar çox pis nəticələndi. Qana, təzyiqlərə, vətəndaş müharibəsi elementlərinə səbəb oldu. Ancaq İlham Əliyev gələndən sonra Azərbaycan işıqlı bir mərhələyə keçdi. Biz Azərbaycanın nailiyyətləri ilə fəxr edirik və İlham Əliyevin müasir Azərbaycanla Rusiya arasındakı münasibətlərə etdiyi tövhələri də məmnuniyyətlə izləyirik. 


- Azərbaycanla Rusiya arasındakı münasibətlərin gələcəkdəki perspektivlərini necə görürsünüz?

- Azərbaycan Cənubi Qafqazdakı sabitliyin qorunmasında və ümumiyyətlə bölgədəki hər bir sahədə çox önəmli rol oynaya bilər. Hətta Şimali Qafqaz regionunda da böyük rol oynaya bilər. Çünki Azərbaycanın şimal rayonları, ləzgilər yaşayan bölgələr Şimali Qafqazla birləşir. Bizdə də o bölgələrdə müxtəlif xalqlar yaşayır. O xalqların nümayəndələri Azərbaycanda da var.

Ümumi olaraq bu əlaqələr çox qədim tarixə malikdir. Biz Azərbaycanla həmişə yaxşı münasibətlərə sahib olmuşuq. Ona görə bu gün beynəlxalq aləmdə gedən qlobal dəyişikliklər fonunda Azərbaycan çox böyük rol oynaya bilər. Onun coğrafi mövqeyi və təbii sərvətləri də ona bu imkanı verir. Və ölkələrimiz arasında ənənəvi xoş münasibətləri davam etdirmə imkanı var. Biz inanırıq ki, İlham Əliyev Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin daha da inkişafı üçün hələ çox şey edəcək. Bu isə Azərbaycana indi getdiyi yolda daha da irəliləmə imkanı verəcək. Daha çox inkişaf etmə və yeni nailiyyətlər qazanma imkanı verəcək. Bunun zamini isə Rusiya ilə Azərbaycan arasında, Bakı ilə Moskva arasında dostluq olmalıdır.