vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
20:27 | 25 iyul 2014 | Cümə Məqaləyə 2482 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jirinovski ilginc təklif

RLDP lideri Şimali Kipri tanınmağını istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ və Qərbin sanksiyalarına cavab olaraq rəsmi Moskvanı Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) tanımağa çağırıb.

Axar.az xəbər verir ki, Rusiya televiziyasında canlı yayımda verilişə qatılan Jirinovski Türkiyə və İran əlaqələrinə əhəmiyyət verilməsinin lazım olduğunu bildirib: «İran ilə ticarət əlaqələrini artırmaq lazımdır. Türkiyə ilə əlaqələri də inkişaf etdirməliyik. Belə bir tanınmayan dövlət var - Şimali Kipr Türk Respublikası. Gəlin, tanıyaq onu. Bu vəziyyətdə türklər inanılmaz dərəcədə bizdən razı qalacaq. Baxın, Ərdoğan Obama ilə artıq danışa bilmir. Obama təyyarənin düşməsi ilə bağlı bizi də günahlandırır. Əgər Şimali Kipri tanısaq, bunun sayəsində Türkiyə ilə əlaqələrimiz daha da yaxşı olar».