vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
21:09 | 25 iyul 2014 | Cümə Məqaləyə 2172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD-in nə iş görür?

Terrorçuların İslam xilafəti haqda miflər və həqiqətlər

MÖVZU İLƏ ƏLAQƏLİ

«İraq və Şam İslam Dövləti» (İŞİD) qrupu İraqın şimalını ələ keçirib xilafət elan edəndən sonra qoyduğu bir çox qaydalar və atdığı addımlar Qərb mediasında böyük rezonans doğurub.

Qrupun tutduğu torpaqlarda spirtli içki və tütün satan mağazaları yandırması, vitrinlərdəki manekenlərə belə çadra geydirməsi, xristianlardan cizyə tələb etməsi üzündən onları köçə məcbur etməsi kimi xəbərlər qərblilər üçün yetərincə dramatik qarşılanır.

«Foreign Policy» jurnalının redaktor müavini David Kenner yazdığı bloqda Qərb mediasında İŞİD-lə bağlı yayılan bəzi xəbərləri yoxlamaq qərarına gəlib və aydın olub ki, onların bəziləri sadəcə mifdir.


Qadınların sünnət olunması


D.Kenner ilk olaraq BMT-nin İraqdakı nümayəndələrindən biri olan Jaklin Badkokun açıqlamalarına toxunur.

J.Badkok iyulun 24-də jurnalistlərə dediyinə görə,  İŞİD yeni fitva verib ki, xilafətin ərazisində yaşayan yetkinlik yaşına çatan bütün müsəlman qadınlar sünnət olunmalıdır.

«Frans Press» agentliyinin hesablamalarına görə, İŞİD-in nəzarətindəki ərazilərdə olan 4 milyona yaxın qadını bu təhlükə gözləyir.

Ancaq D.Kenner yazır ki, bu iddia doğru çıxmayıb.  NPR-ın Qahirə bürosunun rəhbəri Leyla Fadel Mosuldakı mənbələrə görə araşdıranda məlub ki, bu cür fitvadan nə yerli tayfa liderləri, nə də həkimlərin xəbəri yoxdur. Üstəlik, Afrikanın bəzi yerlərində geniş yayılan qadınların sünnət olunması adətinin nə İslama, nə də İŞİD-ın bərpa eləmək iddiasında olduğu orta əsr qaydalarına aidiyyəti yoxdur.

Bu araşdırmadan sonra BMT-nin İraqdakı nümayəndəliyi də J.Badkokun açıqlamalarından boyun qaçırıb.


Kilsələrin yandırılması


D.Kennerin izinə düşdüyü başqa bir iddia isə Mosulda xristianlara məxsus Müqəddəs Efem (St.Ephrem) məbədinin yandırılması xəbəri olub. Ötən həftə Qərb mediasında yandırıldığı iddia olunan və fotoları yayılan kilsənin dağıdılmasının Misir və ya Suriyada baş verməsi ehtimalı daha güclüdür. Çünki Mosuldakı yerli mənbələr və jurnalistlər də bundan xəbərsizdir.


Banklardan 400 milyon dolların oğurlanması


«Foreign Policy» yazır ki, doğruluğu sübut olunmayan ən böyük iddia isə İŞİD-in Mosulu ələ keçirəndə banklardakı 400 milyon dollar nağd pulu və qızıl külçələri talan etməsi haqdakı xəbərlərdir.

Mosulun qubernatorunun jurnalistlərə o vaxt verdiyi xəbəri «Nyu-York Times» və başqa qəzetlər də sürətlə yaymışdılar.

Ancaq ötən həftə elə həmin qubernator «Financial Times» qəzetinə verdiyi müsahibədə o vaxt verdiyi xəbərin hələ də təsdiqlənmədiyini bildirib.

İraq Banklar Assosiasiyasının rəhbəri isə ötən həftə Mosulda heç bir bankın qarət olunmadığını və bu günə qədər heç bir parka kağızın da banklardan çıxarılmadığını deyib.


«İnanmağınız gəlmirsə, inanmayın...»


«Foreign Policy» jurnalının redaktor müavini David Kenner deyir ki, İŞİD-ın nəzarəti altındakı ərazilərdən informasiya almağın çətinliyini gərək adi oxucular da artıq nəzərə alsınlar.  

D.Kenner deyib: «Növbəti dəfə cihadçıların hansısa ağlagəlməz hərəkəti haqda xəbərlər yayılanda deyilənlərə heç inanmağınız gəlmirsə, inanmaya bilərsiniz. Çünki bu, doğrudan da sadəcə mif ola bilər» («Azadlıq» radiosu)