vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ŞOU BİZNES  
14:19 | 2 avqust 2014 | Şənbə Məqaləyə 1839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Amburan»dan alqışlanası davranış

Rusiyanın «Serebro» qrupunun konserti şəhidlərə görə təxirə salındı

Rusiyanın populyar «Serebro» qrupu bu gün - avqustun 2-də «Amburan Beach Club»da keçirilməsi planlaşdırılan konsertini təxirə salıb. Səbəb Azərbaycan əsgərlərinin cəbhə xəttində şəhid olmasıdır.

Virtualaz.org saytı xəbər verir ki, konsertin təxirə salınması barədə məlumatı öz «Facebook» səhifəsində «Amburan Beach Club»un rəhbərliyi yayıb.

Xəbərdə deyilir: «Biz əsgərlərimizin şəhid olmasına görə dərindən kədərlənirik. Onların ailələrinə və yaxınlarına başsağlığı veririk. Bu faciəvi hadisələrlə bağlı «Serebro» qrupunun konsertini başqa vaxta keçiririk».

«Serebro» qrupunun üzvləri də Azərbaycan xalqına başsağlığı veriblər. Onlar bu fikirlərini İnstagram üzərindən paylaşıblar: «Biz gözəl Bakıya gəlməli idik. Amma təəssüf ki, bu bəd xəbəri eşitdik. Azərbaycan xalqını çox sevirik. Ona görə də belə hesab edirik ki, konsertimiz təxirə salınmalıdır. Konsert avqustun sonunda olacaq. Hələliksə... Hələlik ürəyimiz, qəlbimiz sizinlədir...»