vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
14:02 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1775 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«6 düşməni məhv edən qəhrəman»

Millət vəkili Qənirə Paşayeva yaralı gizir Yaşar Hüseynova baş çəkib

MÖVZU İLƏ ƏLAQƏLİ

Millət vəkili Qənirə Paşayeva cəbhə xəttində baş verən atışma zamanı yaranan və Həbi Hospitala yerləşdirilən gizir Hüseynov Yaşar Əhəd oğluna baş çəkib. Q. Paşayeva Y. Hüseynov 6 erməni əsgərini öldürdüyünü və şəhidlərimizin intiqamını aldığını qeyd edib:

«Bu gün Hospitalda onun əlixi sıxmaqdan və tanımaqdan qürur duydum. Belə oğullarla hamımız fəxr etməliyik. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına, ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordunun 6 əsgər və hərbiçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız. Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik. Yaralı olmasına baxmayaraq sənin cəsarətin, ağrılara belə əyilməyən, yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə demən gözümün qarşısından getmir. İnanırıq ki, sizin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab prezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın. Bütün dualarımız səninlə. İnşallah Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan. Yaşar qardaşımızdan dualarınızı əskik etməyin». (anspress.com)