vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜLƏŞ  
06:55 | 6 avqust 2014 | Çərşənbə Məqaləyə 3827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 çəkidə 3 qızıl

Erməni üzərində 2 qələbə qazanılan dünya çempionatının ilk günündə bütün medalları türk respublikalarının güləşçiləri qazanıb

Müşfiq HABİLOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Gənclər arasında güləş üzrə dünya çempionu İ.Nurullayev
  • Gənclər arasında güləş üzrə dünya çempionu E.Muxtarov
  • Gənclər arasında güləş üzrə dünya çempionu O.Nuriyev

MÖVZUYA AİD VİDEO

  • Bayrağa sarılan güləşçi

Xorvatiyanın paytaxtı Zaqrebdə yunan-Roma güləşi üzrə gənclər arasında Dünya çempionatı başlayıb. Çempionatın ilk günündə mübarizəyə 50, 60, 74 və 96 kq. çəki dərəcələrində çıxış edən idmançılar qoşulub. Yarışın ilk günündə güləşçilərimiz 4 çəki dərəcəsinin 3-də maksimum nəticə göstərib.

Dünya çempionatının ilk qarşılaşması Azərbaycan üçün prinsipial olub. 50 kq. çəki dərəcəsində mübarizəyə birbaşa 1/8-də başlayan pəhləvanımız İbrahim Nurullayev ilk görüşdə erməni rəqiblə qarşılaşıb. İdmançımız 8-0-lıq qələbə ilə Slavik Qalstyanı ölkəsinə «şərəflə» yol salıb. 1/4-də koreyalı Juhyeon Kimi (7-0) və qazaxıstanlı Kanağat Akılbəyi (13-2) də böyük hesabla məğlub edib. Güləşçimiz finalda da yüksək nəticə ilə Ukrayna təmsilçisi Oleksiy Zhabskiyə qalib gələrək (9-2) qızıl medala sahib olub. İbrahimin finala yüksəlməsi erməni idmançısının təsəlliverici qarşılaşmalar keçirməsinə imkan yaradıb. 2-ci bürünc medalı qazanan Slavik kürsüdə nəzərlərini yüksələn Azərbaycan bayrağına dikməli olub.

60 kq-da Elman Muxtarov 1/16-də Qırğızıstan güləşçisi Kalı Süleymanov üzərində 10-2 qələbə çalaraq dünya çempionatına inamla başlayıb. Bu inam güləşçimizə bütün rəqiblərinə böyük hesabla qələbə qazanmasına gətirib çıxarıb. Belə ki, 1/8-də belaruslu Yahor Beliaka 7-1, 1/4-də finlandiyalı Lauri Mahonenə 9-0 qalib gələn Elman yarımfinalda Fransa bayrağı altında güləşən türk əsilli Yasin Özaya da şans verməyib 8-2. Azərbaycanlılar üçün çempionatın ən maraqlı görüşü məhz bu final olub. Elman qızıl medal uğrunda erməni güləşçisi Karen Aslayanla qarşılaşan Elman ordumuzun uğurlarını Zaqreb arenasında təkrar edib. Gərgin keçən qarşılaşmada ilk xalı erməni idmançısı (rəqibi xalçadan kənara çıxarma) qazansa da, Elman Karendən güclü olduğunu sübut edib (4-1) və onu Azərbaycan bayrağını seyr etməyə, himnini isə dinləməyə məcbur edib.

96 kq çəki dərəcəsində Orxan Nuriyev 1/16-də Abudurexiti Alimujiangun (Çin) üzərində (4-0) qələbə çalaraq mübarizəyə uğurla başlayıb. Ardınca 1/8-də polşalı Aleksandr Kroçzakı 9-1, 1/4-də Bolqarıstan Yevgeniy Qançevi 4-0 yenən idmançımız yarım finalda norveçli Felix Baldaufa şans verməyib 8-4. Orxan Nuriyev finalda Koreya idmançısı Seungjun Kim ilə görüşdən də qalib ayrılıb (2-0) və qızıl medala sahib olub.

Yalnız 74 kq çəki dərəcəsində Sənan Əlimirzəyev 1/16-da gürcü rəqibi Gela Bolkvadzeyə 2-1 məğlub olub. Gürcüstan idmançısı yarımfinalda məğlub olduğundan güləşçimiz təsəlliverici mübarizədən kənarda qalıb və çempionatı medalsız tərk edib. Amma buna baxmayaraq bu çəki dərəcəsində qızıl medalı Türkiyə təmsilçisi Furkan Bayraq əldə edib.

Beləliklə dünya çempionatının birinci yarısında 16 medal uğrunda mübarizə aparan 12 dövlət arasında bütün qızıl medalları türk respublikalarının idmançıları qazanıb.

Qeyd edək ki, bugünkü qarşılaşmalarda 55, 66, 84 və 120 kq. çəki dərəcəsində çıxış edən idmançılar mübarizə aparacaq.