vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ƏDƏBİYYAT  
11:04 | 7 avqust 2014 | Cümə axşamı Məqaləyə 2927 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xanım İsmayılqızı ölən oğluna şeir yazdı

«O yandan necə görünür bu dünyanın viran yeri?»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev
  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev
  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev
  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev
  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xanım İsmayılqızı bir müddət öncə vəfat edən oğluna şeir yazıb. ANS PRESS-in məlumatına görə, bəstəkar sözügedən şeiri «Facebook» səhifəsində paylaşıb. X.İsmayılqızı artıq xeyli müddətdir ki, oğlu Fərid üçün şeirlər yazır. Onun yazdığı hər yeni yazı insanlar tərəfindən maraqla qarşılanır.

Xatırladaq ki, Fərid qəflətən ürək tutmasından dünyasını dəyişib.

 

O yandan necə görünür

Bu dünyanın viran yeri?

Bəlkə elə biz ölüyük,

Bəlkə elə sənsən diri?

 

Yığışmışıq köçümüzə,

Başdan ayağa bir heçik.

Bizim qəbrimiz böyükdü,

Səninkisə bizdən kiçik.

 

Acından ölürük burda,

Öz içimizi yeyirik.

Bir qəfəslik qonaq kimi,

Dayanacaq gözləyirik.