vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
10:08 | 8 avqust 2014 | Cümə Məqaləyə 1653 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zavoddan silah-sursat tapıldı

129 patron, 2 güllə darağı, 2 süngü bıçağı, ...

Son günlərdə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tullantıların qəbul sahəsinə aparılan mütəmadi baxış zamanı müxtəlif silah və sursatlar aşkarlanıb və ümumi tullantı kütləsindən xaric edilib.

«Təmiz Şəhər» ASC-nin mətbuat xidmətinin məlumatına görə, 86 ədəd 7,62 mm ps patronu, 32 ədəd 5,45 mm ps avtomat patronu, 11 ədəd ov tüfəngi patronu, 2 ədəd avtomat darağı, 2 ədəd süngü bıçaq və 1 ədəd fişəng «Təmiz Şəhər» ASC-nın məsul şəxsləri tərəfindən təhvil-təslim aktı əsasında 12-ci polis bölməsinə təhvil verilib.

Ümumiyyətlə, «Təmiz Şəhər» ASC-yə təhvil verilən məişət tullantıları emal və zərərsizləşdirməyə yönləndirilməzdən əvvəl tullantı kütləsinə baxış keçirilir və tərkibində mümkün ola bilən təhlükəli, radioaktiv, iri həcmli tullantılar, həmçinin Səhmdar Cəmiyyətin istifadə etdiyi avadanlıqlara zərər verə biləcək materiallar tullantılardan ayrılır. Bu baxışlar zamanı həmçinin, hərbi silah və sursatlar da aşkar edilərək hüquq mühafizə orqanlarına təhvil verilir.