vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜLƏŞ  
11:23 | 8 avqust 2014 | Cümə Məqaləyə 3072 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yığmamız dünya birincisi oldu

8 çəki dərəcəsində 6 qızıl, 1 gümüş qazandıq

MÖVZU İLƏ ƏLAQƏLİ

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında yunan-Roma yarışları başa çatdı.

Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil etdi. Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazdılar. 8 çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut etdilər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında da Dünya çempionatını ilk sırada tamamladı. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşdı.  

Məlumat üçün bildirək ki, 2012-ci ildə Taylandda keçirilən Dünya çempionatında da gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olmuşdu. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla Vətənə qayıtmışdılar.