vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
18:18 | 12 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 3606 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ebola sərhədimizə çatdı

Bu ölümcül virus qurbanlarının sayı artıq 1000 nəfəri ötüb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Heç bir ölkə, o cümlədən Azərbaycan «Ebola» virusuna yoluxmadan sığortalanmayıb». Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib.

Sektor müdiri bildirib ki, hələlik Ümumdünya Səhiyyə Təşkilatı sərhədləri bağlamayıb, bu barədə qərar yoxdur: «Hər halda Azərbaycan bütün hazırlıq işlərini görüb. Bununla bağlı şübhəli hal olarsa, müvafiq tədbirlər görüləcək».

İnsanların Ebola virusuna yoluxması halı Azərbaycan üçün aktual və təhlükə yaradan məsələ deyil.

Bunu isə «Trend»ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.

Onun sözlərinə görə, bu xəstəliyin Azərbaycan üçün təhlükəli olmamasının əsas səbəbi həmin xəstəliyin daşıyıcısının və xəstəliyin yayılması üçün lazım olan mühitin ölkədə olmamasıdır: «Ebola virusunun yayılmasında iqlim də rol oynayır. Bu virus bizim ölkəmizə xas deyil. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında hər bir şey tənzimlənir. Əgər yoluxma olarsa, ÜST-ün tövsiyələri əsasında bütün tədbirlər yerinə yetiriləcək».

R.İsmayılova bildirib ki, virusun yayılmasında iqlim də rol oynadığından Ebola virusuna yoluxma əsasən Afrika ölkələrində qeydə alınır. Digər ölkələrə isə bu yalnız «gətirilmə» yolu ilə gəlir, yəni kim isə orada xəstələnib hansısa ölkəyə gedir. Amma Ebola virusuna yoluxanlar tez öldüyündən həmin şəxslər də getdikləri ölkədə kimi isə yoluxdura bilmirlər və belə bir hal hələ qeydə alınmayıb.

R.İsmayolova deyib ki, Ebola virusuna yoluxanlar arasında ölüm faizi çox yüksəkdir. İnsanlar bu virusa yoluxduqları qısa müddət ərzində dünyalarını dəyişirlər. Bu xəstəliyin bir insandan digərinə keçməməsi üçün fərdi gigiyenik mühafizə qaydalarına əməl olunmalıdır.

 

***

 

14:55

Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının sayı günü-gündən artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün hesabatında bildirilir ki, bu xəstəlikdən ölənlərin sayı artıq 1000 nəfəri ötüb.

Xatırladaq ki, ilk olaraq 1976-cı ildə Konqoda aşkarlanan və adı Afrikadakı bir göldən götürülən Ebola virusu ishal, baş ağrısı, qusma, dəri töküntüləri və yüksək bədən temperaturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb. Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asan keçir.

Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. Xəstəlik ikin olaraq qızdırma ilə başlayır və sonradan digər əlamətlər özünü göstərir. Xəstəliyin sürətlə yayılması artıq ÜST-ü narahat etməyə başlayıb və xəstəliyin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsinə başlanılıb.

Afrtika ölkələrində mindən çox insanın ölümünə səbəb olan Ebola virusunun Azərbaycanda yayılma təhlükəsi varmı?

Tibb elmləri doktoru, professor Adil Qeybulla azvision.az-a açıqlamasında Ebola virusunun əslində başqa bir virus olduğunu deyib və bildirib ki, sözügedən virus Ebola virusuna oxşamır və kəskin qızdırma törətdiyinə görə belə adlanıb.

Ekspertin sözlərinə görə, genetik xarakteri baxımından, Ebola virusu daha çox quduzluq virusuna yaxındır: «Bu səbəbdən onun törətdiyi əlamətlər də nevroloji pozuntular yaradır. Necə ki, quduzluq virusuna yoluxmuş insanda sudan, işıqdan qorxma kimi hallar baş verir, burada da bu tip nevroloji pozuntular olur və bu kimi hallardan insan dünyasını dəyişir. Vaxtında aparılan müalicə bir neçə ay müddətində nəticə verə bilər.

Qalan hallarda isə bu xəstəlik birmənalı olaraq ölümlə nəticələnir. Virusun hava, damcı yolu və yaxud da ki, digər yollarla yayılması haqqında qəti olaraq əhaliyə məlumat verilmir. Ancaq yoluxma hallarında əsas mənbə həşəratlar və gəmiricilərdir. Hesab edirəm ki, bu, təkcə yayıldığı ölkənin problemi deyil. ÜST-ün problemidir və bütün ölkələr bu məsələdə həmin ölkəyə kömək göstərməlidir və ən azından texniki və digər yardımlar edilməlidir ki, infeksiya yerində lokallaşa bilsin.

Bu infeksiyanın yayılması ehtimalı dünyanın bütün ölkələrində mümkündür. Virus üçün baryer ola bilməz. Çünki virus insandan insana keçir, əgər hava. damcı yolu ilə keçirsə, deməli, o sərhəd tanımır. Başqa yolla, kontakt vasitələrlə, qanla keçirsə, o zaman da onun qarşısının alınması üçün tədbirlər görülməlidir».

A.Qeybullanın sözlərinə görə, Azərbaycanda da bu virusun yayılma təhlükəsi yarana bilər: «Hər halda xəstə bir adamın transsərhəd zonalardan Azərbaycana gəlməsi yetərlidir ki, o virus burada yayıla bilsin. Yəni sərhədlərimiz elə şəffaf deyil. Hər halda, Azərbaycana da bu virusun yayıldığı yerdən gedib-gələnlərin transsərhəd zonasında yoxlanması yaxşı olardı. Birbaşa bu virus yayılan ərazidən gələn miqrantların, oraya gedən şəxslərin qayıtdıqdan sonra yoxlanması vacibdir. Çünki bu virus ölkəyə daxil olsa, bizim üçün də xeyli problem yaşana bilər. Təkcə quru yolları ilə yox, həm də hava yolları ilə Azərbaycana gediş-gəliş var və bu cür viruslar çox asanlıqla Azərbaycana yayıla bilər».


***


Qeyd edək ki, bu gün İstanbuldakı Atatürk Hava Limanında Nigeriya vətəndaşı olan bir turistdə «Ebola» virusu aşkar edilib.

Afrikanın qərbində yayılan Ebola virusundan ölənlərin sayı 1013 nəfər çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1848 nəfərdir.

Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.