vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KİNO-TEATR  
09:07 | 13 avqust 2014 | Çərşənbə Məqaləyə 3351 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hollivudda növbəti itki

Loren Bekkol 89 yaşında vəfat etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən əsrin 40-50-ci illərdə məşhurlaşan Amerika aktrisası Loren Bekkol öz evində vəfat edib. ANS PRESS-in məlumatına görə, bu barədə aktrisanın ailəsi xəbər verib. Qohumlarının dediyinə görə, o geniş insult nəticəsində həyatını itirib.

Aktrisa keçən əsrin 40-50-ci illərində çəkildiyi filmlərlə məşhurluq qazanmışdı. Onun ən tanınmış rolları «Ki-Larqo», «Milyonerə necə ərə getməli», «Güzgünün iki üzü var» filmlərində olub. Bu zaman o Merilin Monro, Barbara Strezend və həyat yoldaşı Xamfri Boqart kimi aktyorlarla tərəf müqabili olub.

Karyerası ərzində aktrisa bir çox teatr və kino sahəsində mükafatlara layiq görülüb. Bunlardan ABŞ kinoaktyorlar gildiyası, «Toni», «Qızıl Qlobus» mükafatlarının adlarını çəkmək olar. 2009-cu ildə isə o kinomatoqrafiyada əvəzsiz nailiyyətlərinə görə «Oskar» mükafatına layiq görülüb.