vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
17:14 | 15 avqust 2014 | Cümə Məqaləyə 2624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

VİP təyyarələr olmayacaq

QMİ Həccə ziyarəti ilə bağlı yayılan şayiələri təkzib etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə VİP təyyarələrlə gedəcəyi haqda informasiyalar əsassızdır.

Bu haqda «Turan»a Qafqaz Müsəlmanları İdarəsindəki (QMİ) mənbə bildirib. Hazırda QMİ nümayəndə heyəti Səudiyyə Ərəbistanında Həcc ziyarəti ilə bağlı Azərbaycandan çarter reysləri ilə uçuşlara dair danışıqlar aparır. Amma təyyarələrin uçuşları üzrə hələlik yekun razılıq yoxdur.

QMİ-dəki mənbə zəvvarların Həcc ziyarətinə VİP təyyarələr ilə gedəcəyi ilə bağlı yayılan xəbərləri təsadüf saymayıb. Onun sözlərinə görə, bu bir tərəfdən provokasiyaya, digər tərəfdən isə QMİ ilə zəvvarları üz-üzə qoymağa bənzəyir.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 4 min nəfərə yaxın zəvvarın gedəcəyi gözlənilir. Qiymətlər keçənilki kimi müvafiq olaraq 4100 və 3100 manat civarındadır. Qiymətlər arasındakı fərq otel və qidalanmadakı nisbi fərqlərdədir.

Həcc ziyarətinə səfərin sentyabrın 20-dən sonra başlanması nəzərdə tutulur.