vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
17:00 | 15 avqust 2014 | Cümə Məqaləyə 1115 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dələduzluğun «Premyera»sı

Diqqət: Bakıda nazirlərin adı ilə bilet satırlar!

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün özünü «Premyera» şirkətinin nümayəndəsi kimi təqdim edən Alina adlı xanım şirkətlərə, redaksiyalara zəng vuraraq qəribə bir təklif edib.

«APA Holdinq»ə də telefon açan xanım bu il oktyabrın 31-də Heydər Əliyev Sarayında konsert keçiriləcəyini, konsertdə Rusiyanın və Azərbaycanın hökumət adamlarının, nazirlərin, komitə sədrlərinin iştirak edəcəyini deyib və bu konsertdə iştirak üçün biletlər təklif edib.

Xanım bildirib ki, konsertdə nazirlərin yaxınlığında əyləşmək üçün biletlərin qiyməti 160-180 manat, kənar yerlərin qiyməti isə 80 manat olacaq.

Bu zəngdən az sonra «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay da öz «Facebook» səhifəsində ona belə bir təkliflə zəng edilməsi barədə status yazıb.

Lent.az məsələni araşdırmaq qərarına gəlib. «Premyera» adlı şirkətlə bağlı internetdəki axtarış bir nəticə verməyib. Bundan sonra sayt özünü Alina kimi təqdim edən qadının mobil nömrəsinə zəng edib.

Xanımdan şirkətlərinin ünvanı, keçirəcəkləri konsertin mahiyyəti ilə bağlı suallara cavab istənildiyini bildirəndə o, dərhal telefonunu söndürüb.

Bir müddət sonra başqa bir əməkdaş müştəri kimi həmin xanıma zəng edərək, başqa bir şirkətin adından oktyabrın 31-də keçirəcəkləri konsertə bilet istəyib. Xanım bildirib ki, konsertdə «bir neçə məmurun və qəzet-jurnal rəhbərlərinin iştirakı» nəzərdə tutulur. Bu şəxslərə yaxın yerdə biletin qiyməti 180 manatdır. «Bileti haradan əldə edə bilərik» sualına isə xanımın cavabı belə olub: «Bilet bizdədir. Gətirib istədiyiniz yerdə təhvil verib, pulu nağd alırıq».

Heydər Əliyev Sarayının ümumi şöbəsindən və kassasından isə sayta bildirilib ki, onlarda 31 oktyabrda hər hansı tədbirlə bağlı qeydiyyat yoxdur: «Buna görə də kassada belə bir tədbirə bilet satılmır».